Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib FOTOLAR

İsveç miqrant siyasətini sərtləşdirir

2026 cı il futbol üzrə Dünya Çempionatının 16 iyun tarixinə olan oyunların nəticələri

Legioneri “Qəbələ” ilə vidalaşdı

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

Dünya çempionatı: Norveç qələbə qazanıb

Pampers dərdi və bərbər Murad Köhnəqala

Pampers dərdi və bərbər Murad Köhnəqala

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Murad Köhnəqalanın Pampers dərdi və bərbər” yazısını təqdim edir.

Dini xurafatla savadsızlıq əl-ələ verib birləşəndə insanların dünyagörüşü yanlış məcraya yönəlir, cəmiyyət eybəcərləşir. Belə cəmiyyətlərdə insanlar yersiz ritual, qondarma adət-ənənələrlə özlərini yükləyib, həyatlarını ağırlaşdırırlar. Fərdlərdə pisixi pozğunluğa, dəliliyə bərabər komplekslər buketi əmələ gəlir.

Fikrimi şahidi olduğum hadisələr, müşahidə elədiyim insanların hərəkətləri ilə təsdiqləməyə çalışacağam.

Bir dəfə aptekə dərman almağa girmişdim. Şüşənin o biri üzündəki ağ xalatlı satıcı növbəyə düzülmüş müştərilərə əlinə nə gəldi, tərifləyib satırdı. Növbə bizə yaxınlaşanda məndən əvvəldə duran gənc ata başını şüşənin dəyirmi kəsilmiş yerinə tərəf əyərək, satıcıdan xəcalətli bir səslə üç nömrə pampers istədi. Gənc atanın fağır səs tonunun səbəbini göydə tutdum, yəni belələrinə görə uşağa pampersi ata yox, ana almalıdı. Ata qəssabdan ət, bazardan kartof almaq, qonşuların gözləri qabağında maşınının baqajından iri paketlərdə bazarlıq düşürmək, nərd atmaq, ailəsi üçün təhlükə yaradanlara xox gəlmək üçündür. Bu gənc atanın beynində bir şey dolanırdı: "Məni burda tanıyan-zad olar, gedib məhəllədə danışar, biabır olaram”. Tin filosoflarının, tin hakimlərinin, tin ədəb-ərkan qoruyucularının, tin qanun keşikçilərinin gözündən iraq!

Sən demə, satıcı qadın da qəddarın biri imiş! Ucadan soruşasan ki, uşaq oğlandır, yoxsa qız? Yazıq gənc ata biraz duruxub, bayaqkından da fağır tonla qayıtdı ki, onun fərqi varmı ki? Faşist kopəkqızı nə desə yaxşıdır? "Fərqi böyükdür, bir az tez eləyin, növbədə adamlar gözləyir!” Yazıq gənc ata ikinci zərbədən beli qırılmış kimi oldu və şüşənin deşiyindən pıçıltı ilə: "Qızdır” – dedi.

Ay daa! Bu, nə "biabırçılıqdır”? Oğlan uşağı üçün alsaydı, yenə dərd yarı idi. Gör haa, bu boyunu yerə soxduğum tullana-tullana gəlib, qız uşağı üçün pampers soruşur. Öl ee, öl! Bir kişi ki, oğlan doğa bilməyən arvadını aptekə göndərə bilməyə, nə deyəsən ona? Utan, yerə gir ee, yerə! Tfuu! Yorğun-arğın işdən qayıdasan, arvad da evdə oturub sənə zəng eləyə ki, gələndə aptekdən uşağa pampers də alarsan. Azzar pampers! Qoy, çatım evə, gör, səni nə hala salacağam! Mənə bir oğul doğa bilmir, hələ pampers də aldırır!..

Görün, bu xəstə cəmiyyətdə təkcə qız atası olmaq adamda nə qədər kompleks yaradır? Hələ uzadıb çox yazardım, istəmədim. Düşündüm, bu yazını normal adamlar da oxuyacaq, yazıqdılar, qoy, az əsəbləşsinlər.

Hə, onu da deyim ki, oğlan və qız üçün olan pamperslərin fərqi yalnız rəngindədir. Yəni, o qəddar satıcı yazıq kişini qırmızı-göy rənglərə görə biabır eləyib qoydu küncə. Bax, belə! Neçə ki, belə komplekslərin köləsi olacaqsınız, yaşadığınız həyat hər addımda burnunuzdan gələcək.

Yaxşı, qanınızı çox qaraltmayım, birini də danışım, kvit olaq.

Demək, 28 May tərəflərdə bir bərbər tanışım var, təmizkar adam olduğundan, saç üçün onun yanına gedirəm. O gün də saçımı səhmana salmağa getmişdim. Gördüm, kreslosunda bir gənc oturub. Bərbər artıq onun üzünü qırxmışdı, mənə dedi, tələsmirsənsə otur, televizora bax, bu gəncin saçını da düzəldəcəyəm. Razılaşdım. Bərbər onun saçını qırxıb gödəltdi, başını yudu, sonra da feni alıb, "ukladka"ya başladı. Yenə qayçı, ülgüc, daraq, maşınka. Axır ki, iş bitdi. Gənc müştərimizin kompleksi göz deşirdi, boyu balaca olduğundan, saçlarını bacardıqca dik düzəltdirmişdi. Onun bu vidi qorxudan pipiyini qabartmış tutuquşu kimi komik görünürdü.

Bərbər sonuncu xırda akkordlarını da vurduqdan sonra "Həmişə təmizlikdə!" deyib, onu mədəni şəkildə kreslodan qovmaq istədi. Ancaq gənc heç qalxıb gedənə bənzəmirdi. O, yayxandığı taxtdan azacıq dikələrək, boynunu ora-bura əyib, zəndlə qarşısındakı güzgüyə baxdı-baxdı-baxdı və nəhayət, dedi, "Sağ tərəfdəki bu tüklər elə bil, biraz çoxdur, onu da götür”.

Bərbər təzədən onun çiyninə dəsmal sərib, redaktələrə başladı. Ordan-burdan yarım millimetr götürdükdən sonra dedi: "di, xoş gəldin!" Bərbərin sözlərinə məhəl qoymayan gənc təzədən güzgüyə boylanıb "səhv" tutmağa girişdi və bərbərə başında yeni korrektə yerləri göstərdi.

Bərbər bu dəfə onun digər çiyninə dəsmal atıb, maşınka ilə yuvelir işlərinə girişdi və saçının bəzi yerlərindən millimetrin yüzdə biri qədər tük alıb "nizamladı”. Gənc müştərimiz yenə başını ora-bura çevirərək, özünə boylanmağa başladı və birdən baxışları güzgüdə mənim baxışlarımla toqquşdu. Deyəsən, səbirsiz duruşumdan ağlı bir şey kəsmədi, ona görə bərbərdən əl çəkdi, ancaq stoldan durmağa yenə tələsmədi. Özünü yenidən tumarlamağa başladı, güzgüləndi, pencəyinin boynunu qaldırıb, yenidən düzəltdi və qayıdıb kresloya yayxandı.

Baxdım ki, debil qalxıb getməyi unudub. Məcbur olub özüm girişdim məsələyə. Üzümü güzgüdə ona tutub, Alqasım oğlanlarının tonunda dedim: "Qaqaş, işin qurtarıbsa, zəhmət olmasa, kreslonu boşalt, icazə ver, biz də oturaq”. Qaqaş baxdı ki, ağır söhbət elədim, bundan sonrası pis ola bilər, odur ki, arxasını ağır-ağır qaldıraraq durdu və stolun üstünə bir "beşlik" qoyub güzgünün qarşısında son dəfə özünə vida tumarları çəkərək, çıxıb getdi.

Debil gənc yox olduqdan sonra bərbər danışdı ki, bu oğlan oturanda mənə dedi, tələbəyəm, rayona getməyə hazırlaşıram. Yəqin rayonda qız-zad istəyir, onunçün tumarlanır. Sonra da əlavə elədi ki, belələri çoxdur, elə bil, bura plyaj-zaddı, xumarlanıb uzanırlar, durub getmək bilmirlər.

Oturduğum yerdə öz-özümə düşünürdüm, ümumiyyətlə, cavan oğlan üzünü niyə dəlləyə qırxdırsın ki? Şikəst-zadsan? Şəxsən mən üzümü həyatımda ikicə dəfə özgəsinə qırxdırmışam. Bir dəfə Saatlı rayonunda qonaq olanda qəfildən bizi toya dəvət elədilər, mən də məcburən üzümü bərbərə qırxdırdım. İkinci dəfə isə üzümü Tovuzun bazarında bir bərbər qırxıb. Deməli, saçımı düzəltdirmək üçün kreslosunda oturan kimi bərbər soruşmadan üzümü sabunladı. Ta iş-işdən keçmişdi deyə, etiraz eləmədim, ancaq özünə bildirdim ki, üzümü qırxdırmaq fikrim yox idi. Bu da oldu ömrümdə ikinci, vəssalam.

Özündən 17 yaş kiçik həmkarı ilə eşq yaşayan Xalq artisti kimdir? Uşaqlar hələ də nağıllara inanırmı? - Nuran Yaqub “Əbdürrəhim bəy Haqverdiyev – 155” adlı geniş kitab sərgisi açıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 İyun 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see450

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see415

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see260

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see257

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see243

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see238

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

16 İyun 2026 18:28see230

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see222

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see214

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

16 İyun 2026 18:20see204

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see203

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see203

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib FOTOLAR

16 İyun 2026 17:50see199

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see195

2026 cı il futbol üzrə Dünya Çempionatının 16 iyun tarixinə olan oyunların nəticələri

16 İyun 2026 10:47see193

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see182

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see172

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see172

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see162

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri