Icma.az
close
up
RU
Qaus əyrisi Akademik Midhət Abbasov 100

Qaus əyrisi Akademik Midhət Abbasov 100

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rafiq ƏLİYEV
AMEA-nın müxbir üzvü

Bu gün dünya şöhrətli neftçi-alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Midhət Abbasovun anadan olmasının yüzüncü ildönümüdür. Midhət Teymur oğlu Abbasov 1926-cı il iyulun 31-də Bakıda doğulub. İndiki Dövət Neft və Sənaye Universitetində ali təhsil alıb. 1971-ci ildən başlayaraq uzun müddət Dərin Neft-Qaz Yataqları İnstitutuna rəhbərlik edib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1976-1990-cı illərdə AMEA-nın Yer haqqında elmlər şöbəsinin akademik-katibi, 1990-1997-ci illərdə AMEA-nın vitse-prezidenti seçilib. SSRİ Xalq Deputatı, Azərbaycan Respublikası Prezident Şurasının üzvü olub, 1991-1992-ci illərdə Dövlət katibi vəzifəsində çalışıb. 2012-ci il aprelin 23-də 85 yaşında dünyasını dəyişib.

Elm adamı olmaq, ensklopedik biliyə sahiblənmək hələ insan haqqında tam təəssürat yaratmır. Əsl alim qazandığı biliklərdən elmi nəticələr çıxara bilən, həmin elmi nəticələrlə zamanı ən azı 30-50 il qabaqlamağı bacaran, bütövlükdə dünya sivilizasiyasına töhfələr verən, ən əsası isə şəxsiyyət olmağı isbatlayan insandır. Bu baxımdan alim sözü akademik Midhət Abbasova çox yaraşırdı. 

Midhət Teymur oğlu Abbasovdan söhbət düşəndə həmişə "böyük alim və şəxsiyyət" sözlərini işlədirəm. Çünki unudulmaz dostum bütün ömrü boyu elmi və ictimai fəaliyyəti ilə bu keyfiyyətləri haqq etmişdi. Tale elə gətirmişdi ki, akademik Midhət Abbasovla həm sovet dövründə, həm də ölkəmiz müstəqillik qazandıqdan sonra dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslarda iştirak etmişdim. Hər dəfə həmin tədbirlərdə görkəmli elm adamlarının Midhət müəllimin ətrafına necə toplaşdığının şahidi olurdum. Bu, Midhət Abbasovun təkcə alim yox, həm də bütöv şəxsiyyət olduğunu bir daha sübut edir. Elmi müzakirələrdə tənqidə hər zaman açıq idi. Müəllimim Lütfi-Zadənin təbirincə desəm, tənqidi komplement kimi qəbul edirdi. Çünki öz dərin savadına, güclü məntiqinə, zəngin təcrübəsinə arxayın idi. Yuxarıda qeyd etdiyim kimi, şəxsiyyət bütövlüyü olmadan heç bir elmi nailiyyət insana cəmiyyətdə nüfuz qazandıra bilməz. Bu baxımdan Lütfi-Zadə və Midhət Abbasov arasında olan çox mehriban dostluq münasibətlərində də bir qanunauyğunluq görmək mümkündür.

Son illər təəssüf ki, "akademik" sözü çox ucuzlaşıb. Bunu doğuran səbəblərə toxunmaq istəmirəm. Amma dünyanın yarısından böyük olan sovet ölkəsində akademik kimi qəbul olunmaq, nüfuz qazanmaq sıradan bir məsələ deyildi. Akademiyanın çox nüfuzlu, prinsipial, ciddi elm məbədi olduğunu bildirmək üçün aspirant olduğum illərdə rastlaşdığım bir hadisə ilə fikrimi daha da qüvvətləndirmək istərdim. 1964-cü ilin yaz ayları idi, Moskvada SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun aspiranturasında oxuyurdum. Dünyaca məşhur həmin elmi müəssisəsinin Elektron Hesablama Mərkəzinin (EHM) binası önündə qızğın mübahisə getdiyinin şahidi oldum. Çox sonralar Rusiyada həm müxtəlif dövləti vəzifələr tutan, həm də oliqarx kimi tanınacaq Boris Berezovski həmin vaxt EHM-nin rəhbəri idi. Onunla aramızda belə bir dialoq oldu:

- Boris Abramoviç, nə baş verib belə?

- SSRİ rəhbəri Nikita Xruşşov akademiyada keçirilən seçkilərdə akademik seçilməyib.

- Kənd təsərrüfatı üzrə neçə yer ayrılmışdı?

- Bir yer.

- Neçə nəfər sənəd vermişdi?

- Bir nəfər - Nikita Xruşşov. Amma Baş katib bircə səs olsun belə toplaya bilməyib.

Sözün açığı, Azərbaycan mühitində böyüdüyüm üçün mənə bir az qəribə gəldi, sovet dövlətinin rəhbəri, necə deyərlər, hakimi-mütləq bir insan necə olub ki, akademik seçilməyib, hətta bir səs belə toplamayıb? Sonralar oxuyub-öyrəndim ki, Nikita Xruşşov SSRİ Elmlər Akademiyasının prezidenti akademik Mstislav Keldışı yanına çağıraraq seçkilərdəki məğlubiyyətinin səbəbini soruşub. Deyib ki, mənə səs verməyən akademikləri başa düşdüm, bəs sən niyə mənim namizədliyimi müdafiə etmədin? Dünya şöhrətli alim akademik M.Keldış "Mən də o akademiklərin mövqeyi ilə razıyam" - deyə cavab verib. 

Bu hadisəni təsadüfən xatırlamadım, yəni Elmlər Akademiyasının prinsipial mövqeyini SSRİ kimi nəhəng ölkənin rəhbəri də dəyişə bilmirdi. Midhət Abbasov savadı, mövqeyi sayəsində bir elm məbədində nüfuz qazana bilmişdi. Ona hörmət edir, fikirləri ilə hesablaşırdılar.

Mixail Qorbaçovun zamanında SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Anatoli Aleksandrov Mərkəzi Komitənin katibi, "Yenidənqurmanın əsas ideoloqu" sayılan Aleksandr Yakovlevə deyibmiş: "Uzunluğu verilən əyrinin uzunluğuna bərabər olan düz xətt parçasına bu əyrinin açılışı deyilir. Açılmış zahirin düz görünsə də, için əyridir". Hiddətlənən Yakovlev xəbər alıb ki, bəs sənin haran əyridir? Akademik Aleksandrov Mərkəzi Komitə katibinin sözünü belə kəsib: "Mən Qaus əyrisiyəm! Ehtimalın normal paylanma əyrisi!"

Növbəti müşavirələrin birində Yakovlev EA prezidenti Aleksandrova irad tutaraq deyib ki, sənin şübhələrin həmişə əsassız olub. Akademik təmkinini pozmadan "Yenidənqurmanın memarına" belə cavab verib: "Əsassız olsaydı, çoxdan uçurmuşdular. Əksinə, mənim şübhələrim sənin inamından əsaslıdır. Ona görə də qorxutmur səni. Niyə də qorxutsun? Əminsən ki, uçan deyil, altında qalasan".

Görkəmli alim, akademik Midhət Abbasovun ömür yolu sözün həqiqi mənasında, akademik Aleksandrovun dediyi Qaus əyrisidir! Ehtimalın normal paylanma əyrisi! Vətəndaş ehtimalının, ziyalı ehtimalının normal paylanma əyrisi!

Midhət Teymur oğlu öz ömrü ilə çoxlarına sübut edə bildi ki, hər bir insanın içindəki şübhələr çölündəki inamından əsaslıdır. Ona görə də akademik M.Abbasov heç vaxt haqqı nahaqqa vermədi. Daim özünü öz ruhundakı sentimentdən qorumağı bacardı. Undululmaz dostum həmişə deyərdi ki, sentimental adamları həm ucuz almaq olur, həm də ucuz satmaq. Sentimental göz yaşlarını teatral göz yaşları hesab edərdi.

Görkəmli alman filosofu Albert Şveyserin ən kamil tədqiqatlarından biri budur ki, təbiət insana mənəviyyat dərsi keçmir. Çünki bu nəhəng və mürəkkəb kainat xeyir və şərin nə olduğunu bilmir. Təbiətin qoynundakı yırtıcı da, bu yırtıcının şikarı da ümumi bioloji qanunlara tabedir. Antik dövrdə Sokrata qədər yunan müdrikləri həyatın baş oryentrini kosmosun qanunlarında axtarırdısa, Sokrat təntənə ilə bildirdi ki, özümüzü dərk edək. Bu yanaşması ilə Sokrat təbiət aləmindən mənəviyyat aləminə ilk addım atdı. Midhət Teymur oğlunu bizlərə sevdirən əsas cəhətlərindən biri budur ki, onun zəngin təbiət aləmi daima müdrik mənəviyyat aləmində addımlayıb.

Dünyanı bürüyən ruhi düşkünlükdən, riyakarlıq, saxtakarlıq, əxlaqsızlıq bazarından söhbət düşəndə rəhmətlik dostum həmişə deyirdi ki, əfsuslar olsun, müxtəlif səbəblər üzündən bəzi nur sahiblərimiz sona qədər səmimi olmağı bacarmırlar. Sonra də əlavə edərdi: "Mən Allahı dananlar cərgəsində əxlaqı təmiz insanlara rast gəlmişəm, fəqət axıracan səmimi olmayanların cərgəsində təmiz əxlaq sahibinə rast gəlməmişəm".

Akademik Midhət Abbasov həm Allahın aşiqi idi, həm də hər kəsə yetəcək qədər səmimiyyətin! O, həmişə qarşısındakının dilindəkinə yox, qəlbindəkinə qiymət verirdi. Midhət müəllim insanı hər bir vəziyyətdə şəxsiyyət görmək istəyirdi.

Midhət müəllimin Vətənə, Millətə, İnsana sevgisi barədə düşünəndə onun 1980-ci ildə Zaqatalada rastlaşdığı əhvalatı xatırlayıram. Özünün mənə danışdığına görə, Gürcüstandan qayıdarkən yolüstü Zaqatalada dincələn akademik dostu Ələddin Quliyevə baş çəkir. Rayonun Turizm Bazasındakı yay kinoteatrının səhnəsində qanadları yaralanmış ana qartalın çırpınmasının şahidi olur. Turistlər bu mənzərəyə baxıb çırpınan ana qartala rişxənd edirmişlər. Zirvələr fəth edən qartal yarımlüt təlxəklərin qarşısnda aciz qalmasına dözə bilmir, gözlərinə qan sızır. Midhət müəllim hikkəsindən qartal dimdiyinin anbaan necə çatlamasının şahidi olur. Akademik dostuna deyir ki, qardaş, gün o gün olsun yurdumuzda qaranquş dimdiklərini qartalların dimdiyi əvəz etsin. Azadlıq da, səadət də, qüdrət də qartal yuvasında olur, qaranquş yuvasında yox!

Akademik M.Abbasov müsahibələrinin birində qeyd etmişdi ki, insanın, xalqın və bəşəriyyətin vəzifəsi mütləq mükəmməllik haqda səmərəsiz arzulardan, ölüm kabuslarından, məhdud və şərəfsiz xidmətdən ibarət deyil. Əksinə, insan, xalq və bəşəriyyətin vəzifəsi "yerdə olan hər şeyi" "göydə olan hər şeylə" razılaşdırmaqdan ibarət olmalıdır. Çünki yer üzündə Allahın hökmü, onun göydəki hökmünə tən gəlməlidir.

Midhət Teymur oğlu həmişə mənə deyərdi ki, acgöz atı yəhərləyib sərvət və şöhrət cıdırına çıxanlar unudurlar ki, mənzil dəvə belində, özü də asta dəvə belindədir. Çünki bütün karvanların sürətini asta dəvə nizamlayır!

Bəziləri gileylənir ki, mənalı ömürlər də, mənasız ömürlər kimi mənasız ölümlə yekunlaşır. Bəzi nadanlar isə hesab edir ki, bütün ömürlər mənasız olmasa da, bütün ölümlər mənasızdır.

Əziz və unudulmaz Midhət müəllim! Bu gün 100 illik yubileyini təəssüf ki, sənsiz qeyd edirik. Təsəllimiz odur ki, mənalı və şərəfli ömründə yerləri, göyləri dərk elədikcə nə ömürdə məna gəzdin, nə ölümdə! Dünyada qalacaq qədər dünya üçün, axirətdə qalacaq axirət üçün mətanətin, məhəbbətin, mərhəmətin mübarək!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri