Icma.az
close
up
RU
Qaxda indiyədək 9 min hektardan çox sahədə payız səpini aparılıb

Qaxda indiyədək 9 min hektardan çox sahədə payız səpini aparılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qax, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında 2026-cı ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Cari ildə rayonda gələn ilin məhsulu üçün 13,5 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 8,5 min hektarına buğda, 5 min hektarına isə arpa səpiləcək. Torpaq mülkiyyətçiləri indiyədək 4 min 820 hektarı buğda, 4 min 265 hektarı dən üçün arpa olmaqla, 9 min 85 hektar sahəyə toxum səpiblər. Bu günədək səpin proqnozuna 67 faiz əməl olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 13,2 min hektar sahədə şum aparılıb. Səpin üçün 2635 ton buğda və arpa toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən lazımi qədər sertifikatlaşmış toxum hazırlanıb və hazırda fermerlərə satışı həyata keçirilir. Səpin kampaniyasına 250 ədəd müxtəlif təyinatlı traktor və 60 ədəd toxumsəpən aqreqat cəlb olunub.

Xatırladaq ki, builki mövsümdə rayonda 13 min 727 hektar sahənin məhsulu biçilib, 48 min 409 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 35,3 sentner təşkil edib.

Qurumun baş məsləhətçisi bildirib ki, təsərrüfatlarda qarğıdalı yığımı isə başa çatmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 1527 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək 13 min 794 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 90,3 sentner təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri