Qaxda maşınlar toqquşdu Azyaşlı öldü, xəsarət alanlar var
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Qax-Qoragan avtomobil yolunda olub.
Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı iki avtomobil toqquşub.
Nəticədə bir neçə nəfər ağır bədən xəsarətləri alaraq Təcili Yibbi Yardım avtomobili ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Bir azyaşlının isə öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qaxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Belə ki, “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 22 Avqust 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















