Oxunmaz nömrə ilə qayda pozan sürücünün cəriməsi başqasına yazıldı VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qayda pozmadığı halda cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az-a məlumat verən sürücü bildirir ki, ona məxsus 42-CK-082 qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobili idarə etmədiyi halda cərimələnib.
O, elektron kabinetinə daxil olaraq radar tərəfindən qeydə alınan görüntülərə baxan zaman, fotoda əks olunan avtomobilin qeydiyyat nişanının bəzi hissələrinin silindiyi, bunun nəticəsində isə radar tərəfindən “082” kimi oxunduğunu müəyyən edib.
O, qayda pozmadığı üçün həmin cərimə qərarının ləğv edilməsini və digər sürücünün tapılaraq məsuliyyətə cəlb edilməsini xahiş edir.
Fərid


Sürücünün 7 min manat cəriməsi varmış HƏBS OLUNDU VİDEO
18 Noyabr 2024 12:35
Tıxacda qalan maşına dayanma durma cəriməsi yazıldı
22 May 2025 15:42
Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı
28 İyun 2025 19:10
Qaydasında sürən, yoxsa qayda pozan... Qadın sürücünün öhdəliyi və yaşadığı çətinlik nədir? Video
26 May 2025 15:21
Tıxacda qalan maşına dayanma durma cəriməsi yazıldı FOTO
22 May 2025 14:02

