Qaydalardakı dəyişikliklərə həsr olunmuş seminar keçirildi
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi qaydalardakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib.
Fanat.Az xəbər verir ki, məlumatı ACF-nin mətbuat xidməti yayıb.
Seminar ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-nin hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə "yuko" xalının hansı vəziyyətlərdə verilib-verilməməsi, "kumikata"nın qırılması zamanı icazə verilən hallar və "şido" cəriməsinin tətbiq olunma meyarları, vaxtı uzatmağa görə veriləcək "şido" cərimələri, "uşiro-sankaku" texnikasının tətbiqi zamanı nəzərə alınacaq nüanslar, passivliklə bağlı "şido" cəriməsinin verilməsində yeniliklər və görüş zamanı tibbi müdaxilə ilə bağlı dəyişikliklərlə əlaqədar müzakirələr aparılıb.
Yeniliklər izah edilib, dəyişikliklər əyani şəkildə nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 15 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















