Qaydasız dünya işıqforsuz yol kimidir
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Beynəlxalq aləmdə "güclü olan hər şeyi düzəldir" düşüncəsindən və güc siyasətindən imtina edilməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasına istinadən Çin Xalq Respublikasının Sədri Si Cinpin BRICS liderlərinin sammitindəki çıxışı zamanı bəyan edib.
Məlumata görə, dövlət başçısı beynəlxalq hüquq normalarına riayət olunmasının vacibliyini vurğulayaraq bildirib: "Qaydasız dünya işıqforsuz yol ayrıcı kimidir: xaos və nizamsızlıq qaçılmazdır. Qərəzsizlik və ədalət insanların ortaq istəkləridir və beynəlxalq qaydalar bütün ölkələr tərəfindən birgə hazırlanmalıdır. "Güclü olan düzəlir" məntiqi əsassızdır və çoxdan tərk edilməli idi".
Bildirilir ki, Si Cinpin çoxtərəfli ticarət sisteminin qorunmasının, BMT Nizamnaməsinə əməl olunmasının və qlobal idarəetmədə ədalətli prinsiplərin bərqərar edilməsinin vacibliyini diqqətə çatdırıb. Çin lideri həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmalı və birtərəfli sanksiyalar, eləcə də proteksionist siyasətdən imtina olunmalıdır.
Qeyd edək ki, Pekin administrasiyası qlobal təhlükəsizlik və iqtisadi nizamın təmin olunmasında çoxtərəfli diplomatik mexanizmlərin gücləndirilməsini əsas prioritetlərdən biri kimi görür.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Sentyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















