Icma.az
close
up
RU
Qaydasızlıqlar dolanbacında yeni qaydalar

Qaydasızlıqlar dolanbacında yeni qaydalar

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Kim düzüb qoşur, kim icad edir qayda adında qaydasızlıqları, bilmirəm. Fikirimcə ötən hər gün biz uçuruma sürüklənir, fəsadlarını heç vaxt aradan qaldıra bilməyəcəyimiz simasızlığa yuvarlanırıq. Əgər gecə saat ikidə yol polisi kənddə ot sahəsində ot bağlayan traktoru saxlayıb, sənəd tələb edirsə, işıq farasının birinin zəif olduğunu əsas gətirərək traktoru duracağa aparmağı əmr edirsə, vallah bu məqamda artıq deməyə söz tapmırsan. Kənd adamları yaxşı bilir ki, yonca otunun bağlanması gecə saatlarında mümkündür. Əks təqdirdə otun gülü tökülər, keyfiyyəti aşağı düşər. Bir parça çörəyi üçün traktorçu da min əziyyətlə gözündən yuxu tökülə-tökülə zəhmətə qatlaşaraq öz ruzisini qazanır. Tarlaya təşrif buyuran polis haqsızlıq edərək adını haqq qoyduğu “haqqını” alıb, gedir.

Əslində bu bədbəxt polis də öz kefindən beləcə gecə ovuna çıxmır. O, günün axırına rəisinə veriləcək bir günlük rüşvətini tam düzəldə bilmədiyindən gecə tarla-tarla gəzməyə məhkumdu. Belə qəbul olunub, qayda belədir deyə.

Hətta bu “qaydalar” ölkənin işlək, qüvvədə olan qanunlarına da meydan oxuyur. Qanunda açıq-aydın yazıldığı halda ona məhəl qoyulmadan hərə öz qaydasını tətbiq edir.

Ümumi yox, konkret baş verən hadisələrə fokuslanaraq faktlara diqqət yetirək. Mövcud qanuna görə işçi məzuniyyətə çıxmağına beş iş günü qalmış işlədiyi müəssisədən məzuniyyət pulunu almalıdır. Daha doğrusu müəssisə işçinin pulunu ödəməlidir. Müəllim məzuniyyətə çıxandan üç sutka sonra ödənişinin kart hesabına oturması haqqında bildiriş alır. Amma… məlum olur ki, hesabı aktiv deyil. Banka yaxınlaşır. Ədəb-ərkanla növbə götürür, saatlarla vaxt itirir, sonda məlum olur ki, onun bank kartının vaxtı bitib. Yenisini isə işlədiyi müəssisə hələ sifariş verməyib. 10-15 gün gözləməli olacağını bildirirlər. Alternativ təklif də var. Ərizə ilə müraciət etsə, nəğd şəkildə pulunu ala bilər. Amma… yenə bir amma. Bu halda bank ona verəcəyi məbləğin iki faizini öz nəfinə tutacaq. Müştərisi olduğu bankın heç bir qanun tanımayan daxili qaydasına rəğmən.

Əgər nazirə rəsmən müraciət etsə,15 iş günü müddətinə cavab alacaq ki, haqlısız. Pozulmuş hüquqlarının bərpasına görə isə məhkəməyə müraciət etməyi tövsiyyə edəcək. İki aylıq məhkəmə süründürməçiliyində udarsa müəssisənin hansısa mühasibinə töhmət verilə bilər. Beləcə məzuniyyəti bitər və doğma məktəbi yenidən onunu saysız-hesabsız qayğılarının qoynuna alar.

Başqa bir qaydasızlıq. Səhər saatlarında əyləşib bir stəkan çay içmək istəyirəm. 20-25 yaşlı gənc yaxınlaşıb salamsız-filansız “bizdə çay dəzgahladır” – deyir. Bilmirəm gülüm, ya neyniyim. Paytaxtda, şəhərin göbəyində müasir geyimli gənc dəstgahla dəzgahın fərqini bilmədən bir güllə ilə iki əsəb sinirimə birdən zərbə vurur. Ana dilimizi qanmazcasına təhqir etməklə, minimum əmək haqqı 400 manat olan ölkədə bir çay içməyə məcburi qaydada həmən minimum əmək haqqının 10-12 faizi məbləğində xidmət təklifi etməklə. Kim qoyub bu qaydanı, harda yazılıb ki, müştəri sadə çay istəsə ona rədd cavabı verilməlidir. Düzdür biz bazar qanunlarının hökm sürdüyü cəmiyyətdə yaşayırıq. Sahibkar iaşə müəssisəsində öz qaydalarını tətbiq edə bilər, amma bir şərtlə. Müştəri həmin sahibkarın restoranına daxil olub, bir stəkan adi su belə sifariş verə bilər.

Müştəri mütləq burda sahibkarın zorla təklif etdiyi xidməti qəbullanmaq məcburiyyətində qalmammalıdır.

Bütün bu sadaladıqlarım bir sutka ərzində gözlərimin önündə, fərqli məkanlarda baş verən real mənzərələrdən epizodlardır. Və bütün bu qaydasız qaydalarla rastlaşdıqlarımın bir növ finalına gəlib çıxmağımın ən dözülməzi baş verdi.

İstiqlaliyyət küçəsi ilə İçəri Şəhər qala divarları arasındakı təxminən 80-100 metrlik məsafənin 20-30 metrliyi bağdır. Metro çıxışı ilə filarmoniyaya qədər ərazidə iki-üç iaşə obyekti, səki önündə isə skamyalar sıralanır. Oturacaqların birində əyləşib, mənə yenicə hədiyyə edilmiş kitabı vərəqləməyə başlamışdım. Əks tərəfdəki oturacaqda iki nəfər yaşlı insan oturdu. Həmin skamyaya gün düşürdü. Qeyri-ixtiyari onların yorğun və narahat simasına diqqət yetirdim. Açıq aydın qonaq olduqları hiss olunurdu. Asiyalılara məxsus antropoloji üz cizgilərindən şəhərin müsafirləri olduğunu artıq yəqin etmişdim. Mənə sarı boylandıqlarını görüb, skamyanın bir kənarına çəkildim. Əvvəl kişi gəlib oturdu. Narahatlıqlarını başa düşdüm deyə, dedim ki, mən qalxım xanım da gəlib əyləşsin. Bura kölgədir. Qalxmağıma etiraz etdi. Özbəkcə xanımına qorxma gəl bura deyən adam məndə açığı maraq oyatdı. Söhbət əsnasında onların ər-arvad olduqlarını, Özbəkstanın Buxara viləyətindən Bakıya turist kimi gəldiklərini öyrəndim. Müsahibimin yaşını belə bildim. 67 yaş, xanımının isə 66 yaşı olduğunu dedi. Görünür isti və mehriban ünsiyyət mühiti yarada bildiyimdən özbək qonaq gileylənməyə başladı. Şəhəriniz çox bahalıqdır, burada bir stəkan çay içməyin puluna Özbəkstanda iki həftə yaşamaq mümkündür. Üstəgəl burda hər yerdə adamı aldadırlar. Oteldə, bulvarda, taksidə…

Yavaş-yavaş çöhrəmə xəcalət təri çökürdü. Mənsub olduğum millətimin taksiçisinin, ofsyantının əcnəbi qonağı aldatdığına, pul hərisliyimizin ifrat eybəcərliyimizə çevrilməsinə görə utanırdım.

Onları evimə qonaq dəvət etdim. Hər yerdə pis də var, yaxşı da deyərək vəziyyətdən çıxmağa çalışdım. Dəvətimi qəbul etmək istədiyini hiss edirdim. Düşünürdüm ki, necə edim onlar bütün rastlaşdıqları neqativləri unutsunlar. Bu vaxt qadın özbək dilində ərinə dedi ki, lazım deyil. Biz rus dilində danışıdığımızdan yazıq qadın elə zənn edirdi ki, ərinə dediyini mən başa düşmürəm.

Yox-yox telefon nömrəni vermə! Bunların hamısı eynidir deyib ərinə sığınan qadının üzündəki həyəcan məni sarsıtdı.

Xüdafizləşib uzaqlaşdım. Öz-özümə deyinə-deyinə. Əlinə düşən fürsətdən yararlanıb, qaydasızlığı qayda edən soydaşlarımın xəcalətini özümlə götürüb uzaqlaşdım. Böyük əminliklə ki lap yaxınlıqda xəcalət yükümün üstə bir şələ də yüklənəcək…

Pərviz Yəhyalı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 İyul 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see644

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see362

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see252

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see225

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see221

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see217

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see204

Bu məktəblərə müəllim qəbulu elan edildi SİYAHI

06 İyun 2026 00:36see195

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see186

“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək

05 İyun 2026 01:52see184

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see182

“Kəpəz”in legionerinə milli dəvət

05 İyun 2026 00:26see182

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see179

Dəriyə necə qulluq etməliyik?

05 İyun 2026 02:02see176

BMT qeyri qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

05 İyun 2026 06:13see170

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 23:11see167

Kot d İvuar Duenin qolu ilə Fransaya qalib gəlib

05 İyun 2026 01:28see166

“Allah”, “Tanrı” və “İlah” anlayışları: Azərbaycan elmi baxışında terminoloji dəqiqlik

05 İyun 2026 00:03see165

Bill Qeyts: Gələcəkdə iş həftəsi 2 günə qədər qısalacaq

06 İyun 2026 03:18see159

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

06 İyun 2026 03:17see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri