Icma.az
close
up
RU
“Gunvor” “LUKOIL”la sövdələşmədən imtina etdi

“Gunvor” “LUKOIL”la sövdələşmədən imtina etdi

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq neft ticarəti şirkəti “Gunvor Group”, ABŞ Maliyyə Nazirliyinin (Xəzinədarlıq Departamenti) ona biznes fəaliyyəti üçün lisenziya verməkdən imtina etməsi ilə bağlı bəyanatından sonra, “Lukoil”in xarici aktivlərinin alınması üzrə təklifini geri götürdüyünü açıqlayıb.

Gununsesi.info   xəbər verir ki, bu barədə şirkət “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“ABŞ Xəzinədarlıq Departamentinin “Gunvor” barədə bəyanatı tamamilə yalnış və həqiqətə zidddir. Gunvor hər zaman öz mülkiyyət strukturu və biznes fəaliyyəti barədə açıq və şəffaf olub, artıq on ildən çoxdur ki, Rusiyadan məqsədyönlü şəkildə uzaqlaşıb, sanksiyalara uyğun olaraq ticarəti dayandırıb, Rusiyadakı aktivlərini satıb və Ukraynada aparılan müharibəni açıq şəkildə pisləyib. Biz bu aydın anlaşılmazlığın aradan qaldırılması imkanını alqışlayırıq. Bu müddətdə Gunvor “Lukoil”in beynəlxalq aktivlərinin alınması üzrə təklifini geri götürür”, – paylaşımda qeyd olunub.

ABŞ Maliyyə Nazirliyi əvvəlcə bəyan edib ki, Ukraynadakı münaqişə başa çatana qədər “Gunvor”a biznes fəaliyyəti göstərmək və mənfəət əldə etmək imkanı verəcək lisenziyanı vermək niyyətində deyil. Nazirlik hansı lisenziyanın nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Həmçinin, qurum “Gunvor”un Rusiyanın nəzarəti altında olduğunu iddia edib.

Bu yaxınlarda “Lukoil” rəsmi məlumat yayıb ki, onun xarici aktivlərinə sahib olan törəmə şirkəti Lukoil International GmbH-ni almaq üçün “Gunvor Group” tərəfindən rəsmi təklif alınıb. Məlumata əsasən, “Lukoil” “Gunvor Group” ilə artıq əsas şərtləri razılaşdırıb və digər potensial alıcılarla danışıqlar aparmayacağını öhdəliyə götürüb.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.

Gununsesi.info  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see277

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see236

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see219

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see218

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see215

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see212

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see211

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see208

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see207

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see206

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see204

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see203

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see200

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see198

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see195

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see195

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see190

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri