Qayınatasının evində yaşayan kişi arvadını döydü
Icma.az, Bizim media saytına istinadən bildirir.
Sumqayıtda qayınatasının evində yaşayan kişi həyat yoldaşını döyüb.
Bizim.Media xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində baş verib.
Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Murad Zamanov (ad və soyad şərtidir) 2021-ci ildə Vəsilə ilə ailə həyatı qurub. Onların qalmağa yerləri olmadığından Vəsilənin valideynləri ilə birlikdə yaşamağa başlayıblar. Cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib.
Son günlər Murad evə mütəmadi olaraq sərxoş vəziyyətdə gəldiyindən ailədə mübahisələr yaranıb.
Bir neçə gün öncə Murad gecə saatlarında evə yenə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı ona irad bildirib. Yaranan mübahisə nəticəsində Murad evin foyesində qayınatasına məxsus çəliyi götürərək, həyat yoldaşına zərbələr endirib. Hadisə nəticəsində qadın xəsarətlər alıb və səsə Vəsilənin valideynləri gələrək onu evdən qovublar.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Zamanov saxlanılıb və istintaqa təhvil verilib. Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər və arvad arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 23 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















