Icma.az
close
up
RU
“QAZ 69”u ən yaxşı minik maşınları sırasında olan həmyerlimiz: Yenidən yürüşlərə qatılmağı planlaşdırıram

“QAZ 69”u ən yaxşı minik maşınları sırasında olan həmyerlimiz: Yenidən yürüşlərə qatılmağı planlaşdırıram

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 aprel, AZƏRTAC

Həmyerlimiz Aleksandr Semixov avtomobillərə hələ uşaq yaşlarından maraq göstərib. Bakının Nizami rayonunda yaşayan A.Semixov AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirib ki, doqquzuncu sinifdə oxuyanda velosiped sürmək həvəsinə düşüb: “Atam yaxın dostunun evinin eyvanındakı köhnə “Desna” markalı velosipedi gətirib dedi ki, əgər bunu işlək vəziyyətə gətirə bilsən, bu həvəsinin ötəri olmadığına inanacağam. Üstündən bir ay keçməmiş velosipedi işlək vəziyyətə gətirdim. Velosiped texniki cəhətdən saz vəziyyətdə olmaqla yanaşı, görünüşünə görə də məhəlləmizdə hər kəsin diqqətini cəlb edirdi. Beləcə, avtomobillərə həvəsim velosipeddən başladı”.

Həmsöhbətimiz deyir ki, illər ötdükcə avtomobil dünyasına marağı daha da artıb.

Yenilənmiş “QAZ-69” və çətin keçilən yollar

Aleksandr Semixov “QAZ-69” markalı avtomobilə xüsusi həvəs göstərdiyini söyləyir. Bu səbəbdən, 2011-ci ildə 1965-ci ildə istehsal edilmiş həmin markadan olan avtomobilin Binəqədi qəsəbəsində satıldığını öyrənən kimi onu alıb. Bundan az sonra ona aydın olub ki, avtomobil uzun məsafəni qət etmək üçün narahatdır, texniki təkmilləşdirmə tələb edir. Buna görə də 2014-cü ildə avtomobilin oturacağını, sükanını, banını, körpüləri, sürət və paylayıcı qurğusunu yenisi ilə əvəz edib. Rusiya istehsalı olan, çətin yolsuzluq şəraitinə uyğunlaşdırılmış yeni təkərlər alıb. “QAZ-69”un 75 at gücündəki benzin mühərrikini Polşada istehsal edilmiş dizel mühərriki ilə əvəzləyib. Bundan sonra mühərrikin gücü 92-95 at gücünə çatıb. Ümumiyyətlə, avtomobilin rahatlığı və xarici görünüşü tamamilə dəyişib.

Avtomobil həvəskarının sözlərinə görə, “QAZ-69”la bir neçə dəfə off-raud yürüşlərinin iştirakçısı olub. 2012-ci ildə Qobustan rayonunun Cəngi kəndinin, 2013-cü ildə isə Zirə qəsəbəsinin yaxınlığında keçirilən yarışlarda iştirak edib. Xızı rayonunda səmti müəyyənləşdirmə yürüşünə qatılıb. Sonuncu dəfə isə 2019-cu ilin oktyabrında təşkil olunan yarışlarda Çinarlar-Nohurlar kəndi yaxınlığında meşə yolu ilə irəliləyərkən avtomobilin qabaq körpüsü sıradan çıxıb. Yürüşü sona qədər davam etdirə bilmədiyindən “QAZ-69”u qoşqu vasitəsilə Qalaltına, oradan da evakuatorla Bakıya gətirilib.

Bitməyən həvəs və gələcəyə ümid

Aleksandr Semixov 5 ildir ki, ağır yolsuzluq şəraitində keçirilən yürüşlərə qoşula bilmir. Buna baxmayaraq, o, avtomobilin paylayıcı qutusunu modifikasiya etməklə və çarxlarını dəyişməklə, gücünü və yolsuzluq qabiliyyətini daha da artırmaq barədə düşünür. Bu prosesi uğurla başa çatdırandan sonra yenidən yürüşlərə qatılmağı planlaşdırır. Hələlik isə Aleksandrın sevimli “QAZ-69”nu klassik avtomobillərin yarışlarında görmək olur. Bu avtomobil 2018, 2019, 2023 və 2024-cü illərdə ölkəmizdə keçirilən klassik avtomobillərin yürüşlərində iştirak edib. Təsadüfi deyil ki, A.Semixovun “QAZ-69”u Rusiyanın məşhur avtomobil sosial şəbəkələrində “Drive 2” markasından olan ən yaxşı minik maşınları sırasında beşinci yerdə qərarlaşıb.

Avtomobil həvəskarı hazırda “QAZ-69”u daha çox Bilgəh, Zirə və Dübəndi yollarında idarə edir. O düşünür ki, bu avtomobil üçün ən yaxşı yolsuzluq şəraiti paytaxtın 55 kilometrliyində yerləşən Cəngi kəndinin ətrafında mövcuddur. “Yolsuzluq daha çox hava ilə bağlıdır. Bəzən yayda rahat keçilən yolları yağış yağandan sonra çox çətin gedirsən. Buna baxmayaraq, sıldırım, nahamar və kələ-kötür dağ yollarında, meşəlik ərazilərdə avtomobil idarə etməyi çox sevirəm”, - deyə o bildirir.

Aleksandrın qızı Alika bu il Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin marşalı olub. Onun əsas səfər yoldaşı isə dostu Roland Hüseynovdur. Onlar “4x4 off-raud klubu”nun üzvləridirlər. Bu barədə danışan R.Hüseynov deyir: “Semixovun dəvəti ilə 14 il əvvəl bu kluba üzv yazılmışam. Qubanın Xınalıq, Dəhnə və Qrız, Şabranın Nohurlar kənlərində, Altıağacda və Xızı rayonunda keçilməz yolları birlikdə getmişik. Biz əsasən, avtomobilin çətin idarə edildiyi yerlərə gedirik. Bu, ikimizin də marağındadır. Aleksandrın texnikaya olan münasibəti də çox xoşuma gəlir. Onda bu işə böyük maraq var, bu sahədəki ən son yenilikləri avtomobilə tətbiq edir. Elə onun göstərdiyi diqqətin nəticədir ki, idarə etdiyi “QAZ-69”-un keçdiyi yolları müasir avtomobillərin əkəsriyyəti gedə bilmir. İnanıram ki, o, “QAZ-69”-la yenidən yarışlarda iştirak edəcək və uğur qazanacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see364

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see249

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri