Icma.az
close
up
RU
“QAZ 69”u ən yaxşı minik maşınları sırasında olan həmyerlimiz FOTO

“QAZ 69”u ən yaxşı minik maşınları sırasında olan həmyerlimiz FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həmyerlimiz Aleksandr Semixov avtomobillərə hələ uşaq yaşlarından maraq göstərib. Bakının Nizami rayonunda yaşayan A.Semixov Azərtac-ın müxbiri ilə söhbət zamanı bildirib ki, doqquzuncu sinifdə oxuyanda velosiped sürmək həvəsinə düşüb: “Atam yaxın dostunun evinin eyvanındakı köhnə “Desna” markalı velosipedi gətirib dedi ki, əgər bunu işlək vəziyyətə gətirə bilsən, bu həvəsinin ötəri olmadığına inanacağam. Üstündən bir ay keçməmiş velosipedi işlək vəziyyətə gətirdim. Velosiped texniki cəhətdən saz vəziyyətdə olmaqla yanaşı, görünüşünə görə də məhəlləmizdə hər kəsin diqqətini cəlb edirdi. Beləcə, avtomobillərə həvəsim velosipeddən başladı”.

Həmsöhbətimiz deyir ki, illər ötdükcə avtomobil dünyasına marağı daha da artıb.

Yenilənmiş “QAZ-69” və çətin keçilən yollar

Aleksandr Semixov “QAZ-69” markalı avtomobilə xüsusi həvəs göstərdiyini söyləyir. Bu səbəbdən, 2011-ci ildə 1965-ci ildə istehsal edilmiş həmin markadan olan avtomobilin Binəqədi qəsəbəsində satıldığını öyrənən kimi onu alıb. Bundan az sonra ona aydın olub ki, avtomobil uzun məsafəni qət etmək üçün narahatdır, texniki təkmilləşdirmə tələb edir. Buna görə də 2014-cü ildə avtomobilin oturacağını, sükanını, banını, körpüləri, ötürmələr və paylama qutularını yenisi ilə əvəz edib. Rusiya istehsalı olan, çətin yolsuzluq şəraitinə uyğunlaşdırılmış yeni təkərlər alıb. “QAZ-69”un 75 at gücündəki benzin mühərrikini Polşada istehsal edilmiş dizel mühərriki ilə əvəzləyib. Bundan sonra mühərrikin gücü 92-95 at gücünə çatıb. Ümumiyyətlə, avtomobilin rahatlığı və xarici görünüşü tamamilə dəyişib.

Avtomobil həvəskarının sözlərinə görə, “QAZ-69”la bir neçə dəfə off-road yürüşlərinin iştirakçısı olub. 2012-ci ildə Qobustan rayonunun Cəngi kəndinin, 2013-cü ildə isə Zirə qəsəbəsinin yaxınlığında keçirilən yarışlarda iştirak edib. Xızı rayonunda səmti müəyyənləşdirmə yürüşünə qatılıb. Sonuncu dəfə isə 2019-cu ilin oktyabrında təşkil olunan yarışlarda Çinarlar-Nohurlar kəndi yaxınlığında meşə yolu ilə irəliləyərkən avtomobilin qabaq körpüsü sıradan çıxıb. Yürüşü sona qədər davam etdirə bilmədiyindən “QAZ-69”u qoşqu vasitəsilə Qalaaltına, oradan da evakuatorla Bakıya gətirilib.

Bitməyən həvəs və gələcəyə ümid

Aleksandr Semixov 5 ildir ki, ağır yolsuzluq şəraitində keçirilən yürüşlərə qoşula bilmir. Buna baxmayaraq, o, avtomobilin paylayıcı qutusunu modifikasiya etməklə və dişli çarxlarını dəyişməklə, gücünü və yolsuzluq qabiliyyətini daha da artırmaq barədə düşünür. Bu prosesi uğurla başa çatdırandan sonra yenidən yürüşlərə qatılmağı planlaşdırır. Hələlik isə Aleksandrın sevimli “QAZ-69”nu klassik avtomobillərin yarışlarında görmək olur. Bu avtomobil 2018, 2019, 2023 və 2024-cü illərdə ölkəmizdə keçirilən klassik avtomobillərin yürüşlərində iştirak edib. Təsadüfi deyil ki, A.Semixovun “QAZ-69”u Rusiyanın məşhur avtomobil sosial şəbəkələrində “Drive 2” markasından olan ən yaxşı minik maşınları sırasında beşinci yerdə qərarlaşıb.

Avtomobil həvəskarı hazırda “QAZ-69”u daha çox Bilgəh, Zirə və Dübəndi yollarında idarə edir. O düşünür ki, bu avtomobil üçün ən yaxşı yolsuzluq şəraiti paytaxtın 55 kilometrliyində yerləşən Cəngi kəndinin ətrafında mövcuddur. “Yolsuzluq daha çox hava ilə bağlıdır. Bəzən yayda rahat keçilən yolları yağış yağandan sonra çox çətin gedirsən. Buna baxmayaraq, sıldırım, nahamar və kələ-kötür dağ yollarında, meşəlik ərazilərdə avtomobil idarə etməyi çox sevirəm”, - deyə o bildirir.

Aleksandrın qızı Alika bu il Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin marşalı olub.

Yeri gəlmişkən, Aleksandr Semixovun əsas səfər yoldaşı isə dostu Roland Hüseynovdur. Onlar “4x4 off-road klubu”nun üzvləridirlər. Bu barədə danışan R.Hüseynov deyir: “Semixovun dəvəti ilə 14 il əvvəl bu kluba üzv yazılmışam. Qubanın Xınalıq, Dəhnə və Qrız, Şabranın Nohurlar kənlərində, Altıağacda və Xızı rayonunda keçilməz yolları birlikdə getmişik. Biz əsasən, avtomobilin çətin idarə edildiyi yerlərə gedirik. Bu, ikimizin də marağındadır. Aleksandrın texnikaya olan münasibəti də çox xoşuma gəlir. Onda bu işə böyük maraq var, bu sahədəki ən son yenilikləri avtomobilə tətbiq edir. Elə onun göstərdiyi diqqətin nəticədir ki, idarə etdiyi “QAZ-69”un keçdiyi yolları müasir avtomobillərin əksəriyyəti gedə bilmir. İnanıram ki, o, “QAZ-69”-la yenidən yarışlarda iştirak edəcək və uğur qazanacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri