Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Qaz böhranı: sabotaj yox, məsuliyyətsizlik

Qaz böhranı: sabotaj yox, məsuliyyətsizlik

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görürəm ki, bir çox vətəndaşlarımız 31 dekabr tarixindən başlayan qaz böhranını sabotaj kimi dəyərləndirməyə meyillidir. 

Yəni “Azəriqaz”da baş verən smart-kart problemi ilə bağlı belə bir fikir dolaşır ki, guya bu, qəsdən edilib – məqsəd smart tipli sayğacları sıradan çıxarıb abonentləri yenidən köhnə, mexaniki sayğaclara qaytarmaqdır.

Düşünürəm ki, bu yanaşma doğru olmazdı və “Azəriqaz” üçün son dərəcə böyük risk olardı.

Çünki, kommunal sahədə “ağıllı idarəetmə sistemləri” və “ağıllı qaz şəbəkələri” ilə bağlı açıq siyasi qərarlar və iradə mövcuddur.

Həm bir neçə il əvvəl, həm də ötən ilin avqustunda Prezident tərəfindən “Vahid Kommunal Xidmətlər” sisteminin yaradılması ilə bağlı fərman verilib. Məqsəd bütün kommunal xidmətlərin vətəndaşlar üçün vahid şəxsi kabinet üzərindən idarə olunmasıdır.

Bundan əlavə, 2024-cü ildə SOCAR ilə BƏƏ arasında süni intellekt də daxil olmaqla ağıllı qaz şəbəkələrinin idarəetmə sisteminin qurulmasını nəzərdə tutan iri həcmli layihələr elan olunub.

Bu miqyasda rəqəmsal investisiyalar fonunda smart sistemləri bilərəkdən sıradan çıxarmaq və geriyə – mexaniki sayğaclara qayıtmaq nə məntiqli, nə də real görünür.

Əlbəttə, zaman-zaman sosial mediada belə fikirlər səslənir ki, Azəriqaz məcburən vətəndaşları smartdan mexanikiyə keçirir.

Amma düşünmürəm ki bu kütləvi olsun, rəqəmsal transformasiyanın əksinə , kütləvi geriyədönüş olsun.

Ortada bu cür siyasi iradə və strateji hədəflər olduğu halda, “Azəriqaz”ın belə bir sabotajla məşğul olması inandırıcı deyil.

Bəs onda nə baş verib?

Daha əvvəl də qeyd etdiyim kimi, baş verənlərin adı məsuliyyətsizlik, sayğısız yanaşma və dövlət intizamının zəifliyidir.

Açıq desək, “Azəriqaz” rəhbərliyi ilin sonunda – qaz limitlərinin sıfırlandığı, tarif dəyişikliklərinin tətbiq olunduğu və müraciətlərin kütləviləşəcəyi əvvəlcədən bəlli olan həssas bir dövrdə Yeni il istirahətinə fokuslanmağı yox, 24/7 rejimində tam hazır olmağı nəzərə almalı idi.

Zəruri texniki tədbirlərin vaxtında görülməməsi, zamanında ödəniş sistemlərini zəruri stress- testdən keçirməmək, billing sistemləri və infrastrukturu İT auditdən keçirməmək isə minlərlə insanın bayram günü qazsız qalmasına və ciddi ictimai narazılığın yaranmasına səbəb oldu.

Bir daha vurğulamaq istəyirəm: problem qəsddə deyil. Problem gözlənilən bir vəziyyətə hazırlıqsızlıqda, zəif planlaşdırmada, idarəetmə məsuliyyətsizliyində və operativliyin olmamasındadır.

Ümid edirəm ki, qərar qəbul edən şəxslər “Azəriqaz”da baş verənlərin ciddiliyinin fərqindədir və bundan düzgün nəticələr çıxarılacaq.

Osman Gündüz

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Yanvar 2026 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri