Icma.az
close
up
RU
Qaz təchizatı sektorunda dövlətin vəzifələri müəyyənləşdirildi

Qaz təchizatı sektorunda dövlətin vəzifələri müəyyənləşdirildi

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin məqsədləri və dövlətin vəzifələri müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılar olacaq:

qaz təchizatı sisteminin etibarlılığı, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi;
qaz təchizatı sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;
qaz təchizatı subyektlərinin xidmətlərindən, habelə qaz şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.
Qaz təchizatı sektorunda dövlət tənzimləməsinin məqsədləri aşağıdakılar olacaq:

enerji təhlükəsizliyinin təmin edilməsi;
qaz təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
istehlakçıların fasiləsiz və təhlükəsiz olaraq etibarlı, keyfiyyətli və əlçatan qaz ilə təmin edilməsi.
Qaz təchizatı sektorunda dövlətin vəzifələri aşağıdakılar olacaq:

regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
əlverişli investisiya mühitinin yaradılması;
qaz təchizatı sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
qaz təchizatı obyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi;
təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinin tənzimlənməsi;
enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
qaz təchizatı sektorunda dövlət nəzarətinin, o cümlədən monitorinqin həyata keçirilməsi;
qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;
istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
qazın nəqli, paylanması, saxlanması və satışı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri