Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Terrorsuz Türkiyə strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi

Terrorsuz Türkiyə strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlərin ən başlıca gündəmi həm də (daha çox) PKK terror təşkilatının özünü buraxmaq qərarıdır. Mayın əvvəlində PKK öz konqresində bu qərarı qəbul edib. Buna formal səbəb kimi PKK-nın qurucu lideri Abdulla Öcalanın müraciəti göstərilir. Faktik səbəblər isə çoxdur.

Bu səbəblərdən biri son onilliklər ərzində Türkiyənin PKK-ya qarşı apardığı genişmiqyaslı və davamlı, effektiv əməliyyatlardır. Türkiyənin silahlı qüvvələri (TSK) - nizami ordu hissələri, jandarm bölmələri və Mili Kəşfiyat Təşkilatı (MİT), eləcə də, xüsusi təyinatlı polis PKK -nın ölkə içindəki varlığına sarsıdıcı zərbələr vurmuşdu. Heç şübhəsiz ki, bunun əsas səbəbi Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyədə Ədalət və İnkişaf Partiyasının təkbaşına hakimiyyətidir. Prezident Ərdoğan, sadəcə, Türkiyənin rəhbəri deyil, artıq bir dünya lideridir. Bunun nəticəsi olaraq, TSK ölkənin bütövlüyünü, cəmiyyətin birliyini təhdid edən terror qruplaşmaları üzərində hərbi qələbəni əsasən əldə etmişdi. Eyni zamanda "qonşularla sıfır problem" strategiyası çərçivəsində İran və İraqın, o cümlədən, İraqda Kürdüstan muxtariyyətinin rəhbərliyi ilə qurulan kontaktlar nəticə vermişdi. Nəhayət, ötən ilin sonunda Suriyada Əsəd rejiminin devrilməsi və Dəməşqdə Türkiyəyə yaxın bir hakimiyyətin qurulması çox mühüm uğur idi. Bununla yanaşı Türkiyə diplomatiyasının və xüsusi xidmət orqanlarının birgə işləri, danışıqlar və xüsusi əməliyyatlar sayəsində PKK-nın yerli və xarici maliyyə kanallarını kəsmək əsasən mümkün oldu. Bu və başqa faktorlar PKK-nı özünü buraxmağa məcbur etdi.

Bunda Azərbaycanın da ayrıca rolu var. Çünki Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edərkən Ermənistanın silahlı qüvvələrinə və xüsusi xidmət strukturlarına ciddi zərbələr vurmuş oldu. Bu, Ermənistanın, ermıni diasporunun və Erməni Qriqoryan kilsəsinin PKK-nı dəstəkləmə pıəlanlarını da pozdu. Məlumdur ki, PKK-nın rəhbər heyətində və terror bölmələrində xeyli erməniəsilli şəxs var. Onlar onillərlə bu terror təşkilatında şəbəkələşərək Türkiyəyə, eləcə də, Azərbaycana qarşı təxribatlarda iştitak etmişlər. O cümlədən, Qarabağ müharibəsi boyu Ermənistanla birlikdə Azərbaycan əleyhinə hərbi əməliyyatlar aparmışdılar. Buna görə də PKK-nın ləğvi Ermənistanın dolayı terror fəaliyyətlərini də çətinləşdirir.

Ancaq bu, hələ ki, sadəcə, qərardır, onun icrası başa çatdırılmalıdır. Buna görə də Türkiyə xarici işlər naziri Hakan Fidan terror təşkilatının təkcə İranda, Suriyada, İraqda, eləcə də, Avropa ölkələrində olan bütün strukturlarının ləğvini zəruri sayıb. Təşkilatın tərksilah prosesi Türkiyə xüsusi xidmət orqanlarının və BMT başda olmaqla beynəlxalq müşahidə missiyalarının nəzarəti altında aparılacaq. Proses başa çatdıqdan sonra ölkə rəhbərliyinə məruzə ediləcək və bu zaman artıq Türkiyə dövləti 50 illik terrora son qoyulduğunu bəyan edəcək.

Bu, təkcə Türkiyənin deyil, Yaxın və Orta Şərqdə, eləcə də, Qafqazda yeni reallıqların yaranmasına səbəb olacaq. İndilik ilk nəticə əldə olunub və bu, çox mühüm tarixi hadisədir. Əlbəttə, Türkiyə çox düzgün, çox ciddi, həm də müəyyən mənada riskli addım atıb. Bu, asan bir iş deyildi. Türkiyə dövlətinin verdiyi qərarlar burada həlledicidir. Çox böyük bir plandan - terrorsuz Türkiyə projektindən söhbət gedir. Azərbaycan da bu işdə Türkiyəyə ilk və ən səmimi, real dəstək verən ölkədir. Əlbəttə, ABŞ da bu hadisəni - PKK-nın özünü buraxmasını alqışladı. Amma hələ bir çoxları susur. Azərbaycan prezidenti isə həmişəki kimi Türkiyəyə öz qardaşlıq münasibətini hamıdan qabaq bildirdi. Azərbaycan prezidenti İlham Əliyev özünün X platformasındakı sıhifəsində yazıb:

“Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.

Bu hadisədən - PKK-nın özünü buraxmaq qərarından dərhal sonra Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana gəlməsi və prezident İlham Əliyevlə görüşü təsadüfi deyil. Terrorsuz Türkiyə təkcə bölgədə deyil, dünyada yeni reallıq və yeni imkanlar deməkdir. Eyni zamanda bu, iki ölkənin müdafiəsi və təhlükəsizliyi baxımından mühüm məsələdir. Buna görə də hər iki ölkənin yeni mümkün çağırışlara qarşı birgə hazırlığı pn planda dayanır.

Ayrıca Azərbaycana qarşı təhdidlər hələ də qalır. Ermənistan sürətlə silahlanır; Hindistandan alınmış yeni raket kompleksləri artıq real döyüş şəraitində sınaqdan çıxarılıb. Hindistan-Pakistan gərginliyi fonunda Azərbaycanın və Türkiyənin Pakistana mənəvi dəstəyi məlumdur. Buna görə Hindistan-Ermənistan hərbi-texniki əlaqələri güclənir. Ermənistanda terror qruplaşmaları aktivləşir və Azərbaycanla sərhədboyu ərazilərə yerləşdirilir. Avropa İttifaqının faktik kəşfiyyat missiyası da öz yerindədir. İran-Ermənistan hərbi əməkdaşlığını da bura əlavə etsək, Azərbaycanın və Türkiyənin ən yaxın - təbii müttəfiqlər olaraq arxaylnlaşmaması anlaşılandır. İki qardaş ölkə bu sahədə tərəfdaşlığı daha sa artırmaq niyyətindədir. Nazir Yaşar Gülərin Azərbaycana səfərinin məqsədini də məhz belə oxumaq lazımdır. Gələcək strategiya həm də terrorsuz Qafqaz hədəfini də əhatə edəcək. Azərbaycanın və təbii ki, Türkiyənin də başlıca planlarından biri də bölgəni müharibə təhlükəsindən və terrordan arındırıb, əməkdaşlıq və inkişaf perspektivlərinə qovuşdurmaqdır. Prezident İlham Əliyevin və prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında işlər bu istiqamətdə gedir.

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri