Icma.az
close
up
RU
Qazax ekspert: Azərbaycan Prezidentinin Qazaxıstana səfəri türk dünyasının iqtisadi inteqrasiyasının dərinləşməsinə xidmət edir

Qazax ekspert: Azərbaycan Prezidentinin Qazaxıstana səfəri türk dünyasının iqtisadi inteqrasiyasının dərinləşməsinə xidmət edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdırmaqla yanaşı, türk dünyasının iqtisadi və nəqliyyat inteqrasiyasının dərinləşməsinə mühüm töhfə verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasət İnstitutunun eksperti, iqtisad elmləri doktoru Maqbat Spanov deyib.

Onun sözlərinə görə, dövlət başçılarının bu görüşünə əvvəlki strateji dialoqun məntiqi davamı kimi baxmaq olar. Xüsusilə Qəbələdə keçirilmiş görüş böyük türk dünyasının, həmçinin türk iqtisadi məkanının inkişafı ilə bağlı prinsipial qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanla Azərbaycan arasındakı yüksəksəviyyəli qarşılıqlı səfərlər bir-birini tamamlayaraq, türk birliyinin siyasi, iqtisadi və mədəni sütunlarını möhkəmləndirir.

Maqbat Spanov qeyd edib ki, Orta Dəhliz ilkin mərhələdə Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi məqsədi daşısa da, hazırda bu marşrut qlobal iqtisadi və geosiyasi əhəmiyyət qazanıb.

“Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin rolu sürətlə artıb. Qərbin sanksiyaları nəticəsində bir çox ənənəvi logistika marşrutlarının bağlanması bu istiqaməti əsas nəqliyyat arteriyasına çevirir. 2014-cü ildən sonra və xüsusilə 2024-cü ildən bəri Orta Dəhliz Qərbi Avropa ilə Qərbi Çin arasında mühüm logistika qovşağına çevrilərək, inkişaf tempini daha da artırdı”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, Transxəzər nəqliyyat marşrutunun Zəngəzur seqmenti bu prosesdə dayanıqlılığı daha da möhkəmləndirir: “Bu il Zəngəzur dəhlizi (TRIPP) layihəsi ilə bağlı baş verən mühüm hadisələr Orta Dəhlizin inkişafında yeni mərhələ açır. ABŞ şirkətlərinin bu istiqamətdə fəal iştirakı region üçün əlavə investisiya və texnoloji imkanlar yaradır. Həm Qazaxıstan, həm də Azərbaycan bu dəhlizin inkişafına ardıcıl şəkildə sərmayə yatırır, bu isə yalnız logistika infrastrukturunun deyil, bütövlükdə regional iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”.

Ekspert bildirib ki, Qazaxıstan və Azərbaycan prezidentlərinin son görüşündə əsas müzakirə mövzularından biri “yaşıl enerji” və “rəqəmsal əməkdaşlıq” istiqamətlərinin inkişafı olub.

“Hər iki ölkə Paris İqlim Sazişinə qoşulmaqla “yaşıl iqtisadiyyat” və “yaşıl enerji dəhlizləri” konsepsiyalarını fəal şəkildə reallaşdırır. Qazaxıstanın üç atom elektrik stansiyasının tikintisini planlaşdırması region üçün yeni mərhələ açacaq. Bu layihələr başa çatdıqdan sonra rəsmi Astana elektrik enerjisini ixrac edə biləcək. Avropa Komissiyası atom enerjisini “yaşıl iqtisadiyyat”ın bir hissəsi kimi qəbul etdiyindən, bu, Azərbaycanla enerji mübadiləsi imkanlarını da genişləndirəcək”, – deyə Maqbat Spanov əlavə edib.

“Rəqəmsal dəhlizlər”in inkişafının və fiber-optik rabitə sistemlərinin qurulmasının iki ölkə arasında strateji əhəmiyyətli əməkdaşlıq istiqamətləri olduğunu söyləyən ekspert vurğulayıb ki, hazırda əsas məqsəd logistika proseslərinin standartlaşdırılması, sənədləşmə müddətinin azaldılması və daşınma marşrutlarının optimallaşdırılmasıdır. Bu, malların hərəkətini “yaşıl dəhliz” prinsipi əsasında daha sürətli və səmərəli edəcək. Rəqəmsal texnologiyalar həm sənədlərin elektron emalını, həm də daşımaların koordinasiyasını asanlaşdırır və iqtisadi dövriyyənin sürətlənməsini təmin edir. Bundan başqa, informasiya təhlükəsizliyi və rabitə müstəqilliyi istiqamətində görülən işlər suverenliyə əlavə təminat yaradır.

Sonda iqtisadçı fikrini yekunlaşdıraraq bildirib ki, bütün bu təşəbbüslər iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsini təmin edəcək. “Yaxın illərdə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağı, qarşılıqlı sərmayələrin və inteqrasiya layihələrinin miqyasının daha da genişlənəcəyi gözlənilir”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri