Icma.az
close
up
RU
Qazax şahidlər ilk dəfə danışdı: Qəza baş verən an...

Qazax şahidlər ilk dəfə danışdı: Qəza baş verən an...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus təyyarə Tüpkaraqan rayonu ərazisində, Saina Şapaqatova kəndi yaxınlığında faciəvi qəzaya uğrayıb. Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin əməkdaşları hadisə yerinə ilk gələnlər arasında olub, onlar dərhal sərnişinlərə kömək etməyə tələsiblər.

Axar.az xəbər verir ki, bu barədə “Orda.kz” portalı məlumat yayıb.

Sözügedən şirkət əməkdaşı Abay Orgençbayev elektrik xətləri üçün dayaqlar quraşdırırmış. O, günorta saat 11:00 radələrində, qəzadan yarım saat əvvəl səmada güclü uğultu eşidib. Təyyarə uzun müddət eniş edə bilməyib, sanki idarəetməni itirib.

“Təyyarə üzərimizdən hava limanına doğru uçdu. Amma nədənsə ora enə bilmədi və yenidən bizim üstümüzdən uçaraq Saina Şapaqatov kəndinə tərəf getdi. Düşündüm ki, təyyarə hansısa manevr edir. O, çox qeyri-adi şəkildə uçurdu. Sanki o, idarəetməni itirmişdi. 43-cü kilometrdə qəflətən düşməyə başladı, lakin yerə təxminən 100 metr qalmış yenidən qalxdı Daha sonra təyyarə dənizə tərəf döndü. Qısa müddətdən sonra o, KCOI müəssisəsinə doğru uçdu və onun yaxınlığında yerə endi. Yerə dəydikdən sonra partladı. Bütün bunlar gözümüzün qabağında baş verdi. Partlayış zamanı təyyarənin bir hissəsi qopdu”, - Orgençbayev qeyd edib.

Hadisə şahidi deyir ki, təyyarə təxminən 10 dəqiqə yerə enməyə çalışıb:

“Pilotlar hündürlüyü qoruyub saxlamağa və yaşayış binaları ilə toqquşmadan qaçmağa müvəffəq oldular”.

Təyyarə qəzaya uğrayan zaman işçilər dərhal qəza yerinə qaçıblar:

“Yaxınlaşanda təyyarənin quyruq hissəsindən insanların çıxdığını gördüm. Onlar şok vəziyyətdə idilər, səndələdilər, güclə yeriyə bilirdilər. Bəziləri oturmuşdu, çoxları ətrafda baş verənləri anlamaqda çətinlik çəkirdi. İçəridə kömək üçün qışqırıqlar eşitdik və onları çıxarmağa tələsdik. Üç oğlan dərhal içəri girdi, digərləri çöldə qaldı və insanları kabinədən çıxarmağa kömək etdilər”.

Orgençbayevin həmkarı Kadırbek Toylıbay bildirib ki, ən çətini quyruq hissəsində sıxışan sərnişinləri xilas etmək olub:

“Onları çıxarmaq üçün yük maşını lazım idi. İlk olaraq stüardessanı çıxardıq. Sonra uşaqlarla mən içəri girdik və yaralıları daşımağa başladıq. Onlardan biri, əlində qan izi olan kişi də bizə kömək etdi. Ən ağır xəsarətləri arxa hissədə olan dörd sərnişin alıb. Onlar ağrıdan qışqırır, “ayağım” sözünü təkrarlayır və kömək üçün yalvarırdılar. İlk təcili yardım KCOI müəssisəsindən gəldi. Oranın həkimləri ilk on qurbanı apardılar. Sonra xəstəxanalardan həkimlər, ardınca yanğınsöndürənlər gəldi. Dərhal təyyarənin sınmış və yanan yarısını söndürməyə başladılar”.

Şahidlərin dediyinə görə, təyyarədən çıxardıqları sərnişinlərin hamısı təhlükəsizlik kəməri taxıb:

“Salonun ətrafına maskalar səpələnmişdi. İçəridən qan və kerosin iyi gəlirdi. Təyyarə dənizə düşsəydi, insanları xilas edə bilməzdik. Sanki Allah özü kömək etdi”.

Qazaxıstanın “Air Astana” aviaşirkətinin əməkdaşı da təcili enişin şahidi olub. Mədinə Yerpanova təfərrüatı sosial şəbəkədə paylaşıb:

“İlk dəfə və ümid edirəm sonuncu dəfə təyyarə qəzasının şahidi oldum. Bu gün mən həmişəki kimi növbədə idim. Qəfildən həmkarlar AZAL-ın idarə heyətinin məcburi eniş etdiyini bildirdilər. Biri dedi ki, oksigen balonu partladı, biri dedi ki, şassi çıxmır, mühərrik tüstülənir. Gördüm ki, bütün xidmətlər platformaya toplaşıb: yanğınsöndürənlər artıq uçuş-enmə zolağında dayanıblar. Həmin an atmosfer həddindən artıq gərgin idi. Hava limanının əməkdaşları təyyarənin hər bir hərəkətini diqqətlə izləyirdi. Biz onun uçduğunu gördük. O, xaotik uçurdu. Hamının gözü yaşlı idi. Bir anda təyyarə gözdən itdi. Kimsə qışqırırdı”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri