Qazaxda ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İyunun 5-i gecə saat 3 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində dörd nəfər həlak olub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, qəzada həyatını itirənlərdən biri - 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev şəhid Pərvin İsgəndərovun qardaşıdır.
Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Baxış sayı:169
Bu xəbər 06 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















