Qazaxda avtomobil aşıb, şəhid atası dünyasını dəyişib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazax rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində şəhid atası dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, iyulun 6-da Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Vətən Müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:126
Bu xəbər 06 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















