Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazax rayonun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində partlayış baş verib, iki nəfər xəsarət alıb.
Bu barədə Newscenter.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir.
Qurumdan bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib, nəticədə 2 nəfər xəsarət alıb, tikiliyə ziyan dəyib,
"FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - məlumatda bildirilir.
Cavid
Bu mövzuda digər xəbərlər:Qazaxda partlayış oldu Xəsarət alanlar var Video
26 Noyabr 2026 08:41
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın
15 Noyabr 2026 14:48
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
13 Dekabr 2025 21:42
Qazaxda partlayış: xəsarət alan var Video
06 Yanvar 2026 16:09
Baxış sayı:85
Bu xəbər 26 Noyabr 2026 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















