Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanın Ərzaq Korporasiyası Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə İsrail bazarına ərzaq buğdası tədarük etməyi təklif edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bu məsələ ticarət və iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-İsrail Hökumətlərarası Komissiyasının 10-cu iclasında müzakirə olunub.
"Prodkorporasiya" SC-nin İdarə Heyəti sədrinin müavini Samat Tenbayev vurğulayıb ki, ərzaq korporasiyası İsrail bazarının tələbatını nəzərə alaraq, 200-500 min ton ərzaq buğdasının və digər kənd təsərrüfatı məhsullarının tədarükünə dair uzunmüddətli müqavilələrin bağlanmasını nəzərdən keçirməyə hazırdır.
"Bununla belə, logistika ixracın daha da artırılmasının əsas məsələlərindən biri olaraq qalır. Qazaxıstan məhsullarının israilli tərəfdaşlara çatdırılmasının mümkün marşrutları kimi Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizini, həmçinin Baltik dənizi limanlarından istifadə etməklə alternativ istiqamətləri nəzərdən keçirmək təklif olunub", - Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 04 Noyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















