Icma.az
close
up
RU
Qazaxıstan Honkonqu Orta Dəhlizin inkişafında əməkdaşlığa dəvət edib

Qazaxıstan Honkonqu Orta Dəhlizin inkişafında əməkdaşlığa dəvət edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Astana, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 10-11-də Honkonqda “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu sammiti keçirilib.

Bu barədə AZƏRTAC Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir.

Milli iqtisadiyyat nazirinin müavini Erlan Saqnayev siyasi dialoq üzrə sessiyada çıxış edərək vurğulayıb ki, həmin qlobal təşəbbüsün başlanması məhz Qazaxıstanda 12 il əvvəl elan edilib və o, bu gün beynəlxalq əməkdaşlığın əsas amilinə çevrilib.

O əlavə edib: “Bu müddət ərzində Qazaxıstan və Çin ikitərəfli əlaqələri yeni səviyyəyə qaldıraraq Yeni İpək Yolu üzrə investisiya əməkdaşlığına güclü təkan verib. Bu gün Çin-Avropa konteyner marşrutunun inkişafını davam etdirmək bizim üçün vacibdir və bu baxımdan, Qazaxıstan tranzit və logistika infrastrukturunu fəal şəkildə inkişaf etdirir”.

Nazir müavini qeyd edib ki, Çindən Mərkəzi Asiya vasitəsilə Avropaya yükdaşımaların həcmi həm də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR, Orta Dəhliz) birgə inkişafı hesabına sürətlə artır.

“Çin yüklərinin tranzitinin daha da sabit artımını təmin etmək məqsədilə Honkonq şirkətlərini nəqliyyat infrastrukturunun inkişafında və Xəzər dənizinin Qazaxıstan sahillərində “Mərkəzi Asiya-Çin” formatında birgə layihələrin həyata keçirilməsində iştirak etməyə dəvət edirik. Astana bu məsələdə çinli tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır”, -deyə Saqnayev bildirib.

Orta Dəhlizin gücü 6 milyon ton qiymətləndirilir. Ötən ilin yekunlarına görə, burada daşımaların həcmi 4,5 milyon ton təşkil edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see325

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see189

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see150

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see126

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see124

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri