Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsinin qara qutularını Braziliyaya təhvil verəcək
Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.
Respublikanın nəqliyyat naziri Marat Karabayevin rəhbərliyi ilə xüsusi komissiya tərəfindən qəbul edilən bu qərar CENIPA-da qeydedicilərdən məlumatların şifrəsini açmaq üçün lazımi yüksək texnologiyalı avadanlıqların və sertifikatlaşdırılmış laboratoriyaların olması ilə izah olunur.
CENIPA-nın seçilməsi həm də qəzaya uğrayan təyyarənin Braziliya istehsalı olması ilə bağlı olub.
Dekabrın 25-də səhər saatlarında "Azərbaycan Hava Yolları ” QSC -nin Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan "Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb . Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, laynerin göyərtəsində 69 nəfər, o cümlədən beş ekipaj üzvü olub. 29 nəfər sağ qalıb.
Aytac
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 29 Dekabr 2024 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















