Qazaxıstan sahillərində ilk dəfə mindən çox ölü suiti tapıldı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Alimlər Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahillərində mindən çox suitinin tələf olma səbəblərini araşdırırlar.
Moderator.az oxu.Az-a istinadən xəbər verir ki, Qazaxıstan Hidrobiologiya və Ekologiya İnstitutunun direktoru Nurqali Baymukanovun TASS-a verdiyi məlumata görə, mütəxəssislər ilk dəfədir bu qədər ölü suiti qeydə alırlar.
Agentliyin həmsöhbəti qeyd edib ki, heyvanların ölüm səbəblərini hələ də dəqiq açıqlamaq mümkün deyil.
"Tələfatın səbəbini tapmaq üçün çoxlu sayda tədqiqatlar aparmaq lazımdır. Bunun səbəbləri çirklənmə, seysmik fəaliyyət şəklində təbii fəlakətlər ola bilər. Heyvanlarda ölümlə nəticələnə biləcək virusların olub-olmadığını öyrənəcək virusoloqlar da öz sözünü deməlidirlər", - deyə Baymukanov bildirib.
O qeyd edib ki, ölmüş suitilərin kiçik bir hissəsində zədələnmə əlamətləri var, lakin mütəxəssisin fikrincə, bu, ölüm səbəbləri barədə nəticə çıxarmağa əsas vermir.
Baxış sayı:38
Bu xəbər 13 Noyabr 2024 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















