Qazaxıstan Səhiyyə Nazirliyi təhlükəli peyvəndlərlə bağlı yayılan məlumatları təkzib edib
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi sosial mediada guya “uşaqlarda xəstəliyə səbəb olan ucuz vaksinlərin alınması” barədə yayılan məlumatları rəsmi olaraq təkzib edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatında Qazaxıstan Respublikasında Milli profilaktik peyvəndlər Təqvimi çərçivəsində istifadə edilən bütün vaksinlərin çoxmərhələli beynəlxalq və milli ekspertizadan keçirildiyi bildirilir.
Qeyd olunur ki, vaksin preparatları dövlət qeydiyyatına alınıb və Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə və milli qanunvericilik normalarına ciddi şəkildə uyğun olaraq istifadəyə təsdiq edilib.
Nazirlik vurğulayıb ki, ixtisaslaşmış tibbi ixtisası olmayan şəxslər tərəfindən bu cür iddiaların yayılması valideynləri çaşdırır, səhiyyə sisteminə etibarı sarsıdır və uşaqların sağlamlığı üçün real təhlükə yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Yanvar 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















