Qazaxıstan Slovakiyanı neft, qaz və uranla təchiz edə bilər
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Astana Slovakiyaya neft, qaz və uranın ixracında maraqlıdır".
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko ilə görüşdən sonra keçirdiyi brifinqdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
O, çıxışında iki ölkə arasında enerji və maşınqayırma sektorlarında əməkdaşlıq perspektivlərini gördüyünü bildirib:
"Qazaxıstan Slovakiyaya neft, qaz, uran, ərzaq məhsulları və digər mallar ixrac etməyə hazırdır. Biz həmçinin enerji, maşınqayırma, kənd təsərrüfatı, rəqəmsallaşma və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini görürük".
Bundan əlavə, Tokayev Slovakiyanı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştiraka dəvət edib.
"Danışıqlar zamanı biz strateji əhəmiyyətli ticarət yollarından birinin - Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından birgə istifadə imkanlarını müzakirə etdik. Mən Slovak tərəfdaşlarını ikitərəfli ticarət üçün yeni üfüqlər aça biləcək bu layihədə iştirak etməyə dəvət etdim", - Tokayev jurnalistlərə açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 11 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















