Qazaxıstan taxılının ilk partiyası Ermənistana çatdı Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Azərbaycan üzərindən dəmir yolu ilə Ermənistana göndərilən Qazaxıstan taxılının ilk partiyası həmin ölkəyə çatıb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın ərazilərin idarə olunması və infrastruktur naziri David Xudatyan açıqlayıb.
Onun sözlərinə görə, 1000 ton həcmində olan məhsul Ermənistanın “Ayrum” stansiyasındadır.
Xudatyan qeyd edib ki, taxılın daşınması üçün Qazaxıstan – Rusiya – Azərbaycan – Gürcüstan – Ermənistan marşrutundan istifadə edilib.
Erməni nazir xatırladıb ki, bir neçə gün əvvəl Ermənistana dəmir yolu vasitəsilə Azərbaycan üzərindən Rusiya taxılı gətirilib: “Bu nəinki siyasi, həm də iqtisadi cəhətdən əhəmiyyət daşıyır. Belə ki, bununla Ermənistana yüklərin daşınması xərcləri azalır”.
Xatırladaq ki, noyabrın 6-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Noyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















