Qazaxıstan və Aİ enerji tərəfdaşlığını gücləndirir
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Qazaxıstan və Avropa İttifaqı (Aİ) enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, o cümlədən bərpa olunan enerji mənbələrinin inkişafı və transmilli layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Moderator.az Qazaxıstan bürosu ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, müvafiq məsələlər Qazaxıstan-Aİ energetika, nəqliyyat, ətraf mühit və iqlim dəyişikliyi alt komitəsinin 9-cu iclasında müzakirə olunub.
İclasa Qazaxıstan tərəfindən energetika nazirinin müavini Sanjar Jarkeşov, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Mərkəzi Asiya şöbəsinin rəhbəri Ditmar Krissler rəhbərlik edib.
Görüş zamanı tərəflər enerji sektorunda əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Xammalın, akkumulyatorların və bərpa olunan hidrogenin dayanıqlı təchizat zəncirləri sahəsində strateji tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 17 Mart 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















