Qazaxıstan və İran arasında hökumətlərarası sazişlər imzalanıb
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə imzalanmış hökumətlərarası və idarələrarası sənədlər paketinin mübadiləsi həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Tərəflər cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə, həmçinin avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq sərnişin və yük daşımaları haqqında sazişə əlavə və dəyişikliyin edilməsi barədə protokol mübadiləsi aparıblar. Bundan başqa, iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramı təqdim edilib.
Həmçinin 2026-2028-ci illər üçün mədəni mübadilə proqramı və əqli mülkiyyət sahəsində Anlaşma və əməkdaşlıq haqqında memorandum mübadiləsi baş tutub. Nəqliyyat, tranzit və logistika sahələrində strateji əməkdaşlıq haqqında memorandum, eləcə də bir sıra digər sənədlər təqdim edilib.
Bu gün baş tutmuş danışıqların yekunları üzrə prezidentlər Kasım-Jomart Tokayev və Məsud Pezeşkian Birgə bəyanat qəbul ediblər./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















