Icma.az
close
up
RU
Qazaxıstana böyük güclü atom stansiyası lazımdır Tokayev

Qazaxıstana böyük güclü atom stansiyası lazımdır Tokayev

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Atom Elektrik Stansiyasının (AES) tikintisi üzrə konsorsiumun baş operatoru Qazaxıstan tərəfi olacaq.

Redaktor.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AES-in tikintisi üzrə konsorsiumda hansı şirkətlərə üstünlük veriləcəyi barədə suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, bu məsələ Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri zamanı müzakirə olunub.

"Söhbət xaricdə atom stansiyalarının tikintisi üzrə yüksək səriştəyə və zəngin təcrübəyə malik "Rosatom" şirkətinin mümkün iştirakından gedirdi. Həmçinin mülki təyinatlı nüvə obyektlərinin tikintisində Çinin böyük uğurlarını nəzərə alaraq, Çin şirkəti ilə də danışıqlar aparılır. Qərb şirkətləri daxil olmaqla digər xarici korporasiyaların da marağı var", - deyə Tokayev "Ana tili" qəzetinə müsahibəsində vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, cari ildə müsabiqə prosedurları keçiriləcək, bundan sonra hökumət yekun qərar qəbul edəcək.

"Əminəm ki, Qazaxıstana böyük güclü atom stansiyası lazımdır. Bundan əlavə, yaxın gələcəkdə ikinci, hətta üçüncü atom elektrik stansiyasının tikintisinə başlamağımızı istisna etmirəm. Nüvə sənayesi enerji çatışmazlığı ilə üzləşən iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək. Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə energetikasına malik ölkəyə çevrilməlidir. Onun böyük gələcəyi var", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Yanvar 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri