Qazaxıstanda 1704 metr uzunluğunda rekord qıran laqman hazırlanıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Astana, 3 may, AZƏRTAC
Qazaxıstan Xalqlarının Birlik Günü şərəfinə Almatı şəhərinin Jetıs rayonunda uzunluğu 1704 metr olan rekord laqman hazırlanıb.
AZƏRTAC şəhər administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, nailiyyət rəsmi olaraq Qazaxıstanın Rekordlar Kitabında qeydə alınıb.
Yeməyin hazırlanmasında 50-dən çox aşpaz və yerli sakinlər iştirak edib. Xəmirin hazırlanmasına 19 kiloqram un sərf olunub və bütün proses təxminən iki saat çəkib.
Tədbirdə Qazaxıstanda yaşayan müxtəlif etnik qrupların nümayəndələri - qazaxlar, uyğurlar, dunqanlar, koreyalılar və özbəklər iştirak ediblər. Bu simvolik olaraq bayramın əsas mənasını - ölkə xalqlarının birliyini və mədəni müxtəlifliyini vurğulayıb.
Laqman, ət və tərəvəz ilə süfrəyə verilən əl ilə çəkilmiş əriştədən ibarət ənənəvi Mərkəzi Asiya yeməyidir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:67
Bu xəbər 03 May 2025 06:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















