Icma.az
close
up
RU
“Müstəqillik Bəyannaməsi 35” adlı tədbir keçirilib FOTOLAR

“Müstəqillik Bəyannaməsi 35” adlı tədbir keçirilib FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan İstiqlal Muzeyinin ev sahibliyi ilə “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal ideyalarının, milli dövlətçilik ənənələrinin və Azərbaycanın müstəqillik tarixinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, bu tarixi irsin gənc nəslə daha geniş şəkildə aşılanması olub.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin rəhbəri Rauf Zeyni açaraq iştirakçıları salamlayıb. O, Azərbaycanın müstəqillik tarixinin öyrənilməsinin, milli dövlətçilik ənənələrinin qorunmasının və istiqlal ideyalarının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, millət vəkili Aydın Mirzəzadə, prof.dr. Firudin Ağasıoğlu, ictimai-siyasi xadim Vahid Əhmədov, Sabit Bağırov, ictimai xadim Əliməmməd Nuriyev, İlham Məmmədov, birlik sədri İradə Rzazadə, Azad Rzayev, ictimai fəal Məhsəti Hüseynova, ictimai fəal Asim Vəliyev,  eləcə də elm və təhsil, mədəniyyət, media, vətəndaş cəmiyyəti, gənclər və digər ictimai sahələrin nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçilik tariximizdəki rolu, Müstəqillik Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti, Azərbaycanın müstəqillik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri diqqət mərkəzində olub.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi müstəqillik milli iradənin və azadlıq istəyinin tarixi ifadəsi olmaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Cümhuriyyət dövründə formalaşmış dövlətçilik ənənələri və milli istiqlal ideyaları müasir Azərbaycanın dövlətçilik irsinin mühüm tərkib hissələrindən biridir.
Tədbir iştirakçıları tərəfindən milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması, tarixi yaddaşın möhkəmləndirilməsi və xüsusilə gənclər arasında milli şüurun inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə müxtəlif sahələri təmsil edən ziyalıların, ictimai xadimlərin, dövlət və vətəndaş cəmiyyəti nümayəndələrinin, media və gənclər təşkilatlarının bir araya gəlməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, bu cür platformalar fikir mübadiləsinin aparılması, tarixi irsin birgə müzakirəsi və milli həmrəyliyin daha da gücləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin rəhbəri Rauf Zeyni çıxışında qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da Azərbaycanın tarixinin, milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin təbliğinə, tarixi yaddaşın qorunmasına və gənc nəslin milli dövlətçilik ruhunda maarifləndirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsini davam etdirəcək.
Tədbirin sonunda iştirakçılara təşəkkür bildirilib, Azərbaycanın müstəqillik tarixinin, milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin təbliği istiqamətində birgə təşəbbüslərin və yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri