Qazaxıstanda bu cinayətdə təqsirli bilinənlərin seçkilərdə iştirakı qadağan oluna bilər
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan Konstitusiyasına dəyişikliklər edilərkən korrupsiya cinayətlərində təqsirli bilinən şəxslərin seçkilərdə iştirakının qadağan olunması təklif edilir.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Senatın deputatı və Konstitusiya Komissiyasının üzvü Nurlan Beknazarov verib.
Beknazarovun sözlərinə görə, "korrupsiya cinayətlərində və ya qanunla müəyyən edilmiş qaydada korrupsiya hüquqpozuntularında təqsirli bilinmiş vətəndaşlar seçilmək hüququna malik olmamalıdırlar".
O, həmçinin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslərin və azadlıqdan məhrumetmə yerlərində cəza çəkən vətəndaşların seçkilərdə və referendumlarda iştirak etməməsinin zəruri olduğunu vurğulayıb.
Dəyişikliklər layihəsində həmçinin parlament deputatlarının mandatlarının ləğv edilməsi halları da müəyyən edilib. Belə ki, daimi yaşayış üçün ölkə hüdudlarından kənara köçən, Qazaxıstan vətəndaşlığını itirən, seçildiyi partiyanın siyahısından çıxan və ya partiyanın fəaliyyəti dayandırılan deputatlar mandatdan məhrum edilə bilər.
Prezident Kasım-Jomart Tokayev isə Konstitusiyaya dəyişikliklər edərək birpalatalı parlamentin yaradılmasını təklif edib. Yeni modelə görə, 145 deputat yalnız partiya siyahıları üzrə seçiləcək və özünü irəli sürmə imkanları ləğv olunacaq. Prezident həmçinin vitse-prezident vəzifəsinin yaradılması, məşvərətçi orqanların islahatı və digər dəyişiklikləri də gündəmə gətirib.
İslahatların hazırlanması üçün Konstitusiya Komissiyası yaradılıb və təklif edilən dəyişikliklər referendumda səsverməyə çıxarılacaq. Referendumun tarixi hələlik açıqlanmayıb.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 26 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















