Icma.az
close
up
RU
Rüşvətxorların seçkilərdə iştirakı qadağan edilə bilər Bu ölkədə

Rüşvətxorların seçkilərdə iştirakı qadağan edilə bilər Bu ölkədə

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstanda korrupsiya cinayətlərində təqsirli bilinən şəxslərin seçkilərdə iştirakı qadağan edilə bilər. 

“Qafqazinfo” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin Senatının (yuxarı palatasının) deputatı, konstitusiya komissiyasının üzvü Nurlan Beknazarov bildirib.

“Qanunla müəyyən edilmiş qaydada korrupsiya cinayətlərində və ya hüquq pozuntularında təqsirli bilinən vətəndaşlar seçilmək hüququna malik olmamalıdırlar”, - Beknazarov deyib.

O həmçinin qeyd edib ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış, eləcə də azadlıqdan məhrum etmə yerlərində cəza çəkən vətəndaşlara seçkilərdə və referendumlarda iştirak etmək hüququ verilməməlidir. Bundan əlavə, başqa ölkədə daimi yaşamaq üçün Qazaxıstanı tərk edən, ölkə vətəndaşlığını itirən, həmçinin seçildikləri partiyanın sıralarını tərk edən və ya partiyasının fəaliyyəti dayandırılan deputatların mandatlardan məhrum edilməsi təklif olunur.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yalnız partiya siyahıları üzrə seçiləcək 145 deputatdan ibarət birpalatalı parlament yaratmaq təşəbbüsü ilə çıxış edib. O həmçinin vitse-prezident vəzifəsinin təsis edilməsini, məşvərətçi orqanlarda islahatlar aparmağı və Konstitusiyaya bəzi digər dəyişikliklərin edilməsini təklif edib. İslahatın hazırlanması üçün onun fərmanı ilə konstitusiya komissiyası yaradılıb. Dəyişikliklərin referenduma çıxarılması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri