Qazaxıstanda robot kuryerlər xidmət göstərməyə başlayıb
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanda robot kuryerlər fəaliyyət göstərməyə başlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, robot kuryerlər ilk olaraq Astanada pilot rejimdə istifadəyə verilib.
Sınağın birinci mərhələsi çərçivəsində Yesil rayonunun sakinləri Yandex Lavka xidməti vasitəsilə sifariş verə bilərlər. Robot kuryerlər sifarişi pulsuz çatdıracaqlar.
Robotlar piyada yolu ilə yaşayış binalarına doğru hərəkət edəcək və girişin yaxınlığındakı səkidə və ya ən yaxın yerdə dayanacaqlar. Müştəri mobil tətbiq vasitəsilə hərəkətini izləyə bilər. Robot gəldikdən sonra smartfon vasitəsilə yük bölməsini açıb sifarişi götürə bilər. Robot kuryerinin orta sürəti saatda 6 kilometrdir.
Yaxın gələcəkdə robot kuryerlər tərəfindən çatdırılma xidməti Nura rayonunun sakinləri üçün də mövcud olacaq.
Anar
Bu mövzuda digər xəbərlər:Azərbaycanda restoranda robot ofisiant xidmət göstərməyə başlayıb
05 Fevral 2026 17:38
Qazaxıstanda referendum başlayıb
15 Mart 2026 09:10
Qazaxıstanda kommunal xidmət tarifləri artacaq
07 Avqust 2025 20:46
Qazaxıstanda hərbi xidmət modeli dəyişir
22 Oktyabr 2026 13:48
Qazaxıstanda robot taksi istifadəyə veriləcək
16 İyun 2026 19:45
Baxış sayı:101
Bu xəbər 31 İyul 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















