Qazaxıstanın baş naziri Azərbaycan səfirliyinə getdi Yeni Çağ Media
Icma.az, Yenicag portalına istinadən məlumat verir.
Qazaxıstanın baş naziri Oljas Bektenov Azərbaycanın Astanadakı səfirliyində olub.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.
Hökumət başçısı “Azərbaycan Hava Yollarına” məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar açılan başsağlığı kitabında qeyd qoyub.
“Bu çətin anda Qazaxıstan hökuməti və öz adımdan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Mən bu əvəzolunmaz kədərə şərikəm və qəza qurbanlarının tezliklə sağalmasını, Azərbaycan xalqına səbr və dözümlülük arzulayıram. Biz qardaş Azərbaycana lazımi kömək və dəstək göstərəcəyik”, – deyə Bektenov yazıb.
Baş nazir bir müddət əvvəl həlak olan Qazaxıstan vətəndaşlarının yaxınlarına başsağlığı verib və yaralanan Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşlarına hərtərəfli dəstək göstərilməsini tapşırıb. /unikal
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















