Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

BTQ və Zəngəzur dəhlizi bir birini tamamlayacaq

BTQ və Zəngəzur dəhlizi bir birini tamamlayacaq

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Hər iki marşrut Azərbaycanın regional rolunu gücləndirəcək

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti Cənubi Qafqazın və Xəzər regionunun nəqliyyat və ticarət imkanlarını genişləndirən əhəmiyyətli bir layihə olaraq, Avropa ilə Asiya arasında daha sürətli və səmərəli ticarət əlaqələrinin yaradılması üçün mühüm bir infrastrukturdur. BTQ-nin əsas məqsədi, Şərq ilə Qərb arasında fasiləsiz və sürətli nəqliyyat əlaqələri yaratmaqdır. Bu marşrut Çin və Avropa arasında tranzit yük daşımalarını asanlaşdırmaq üçün çox əhəmiyyətlidir. “Yeni İpək yolu”nun bir hissəsi olan dəmir yolu həm Asiya, həm də Avropa bazarlarına birbaşa çıxış təmin edərək ticarət həcmini artırmağa yönəlib. Onun fəaliyyəti yalnız Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, bütövlükdə Avrasiyada ticarət və iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir.  

Bütün bu üstünlüklərə baxmayaraq, Bakı–Tbilisi–Qars dəmir yolunu gözdən salmağa çalışan qüvvələr var. Bu qüvvələr Zəngəzur dəhlizini önə çıxarmaqla BTQ-nin isə onunla rəqabətdə perspektivinin olmadığını bildirirlər. Hay-küy salanlar arasında Gürcüstanın qərbyönlü müxalifəti xüsusilə seçilir. Maraqlıdır ki, marşrut üzərindən tranzit yüklərinin artım perspektivləri yarandığı bir zamanda müxalifətindən olan “ekspertlər” bu dəmir yolunu “dəfn etməyə” başlayıblar. Onların əsas tezisi budur ki, Zəngəzur dəhlizi Qərbin xeyir-duası ilə açılacaq və ABŞ bu dəhlizə daxil olacaq. Doğrudur, ABŞ Zəngəzur dəhlizini idarə etməyə hazır olduğunu bildirib. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Səfir vurğulayıb ki, bu yolla hər iki tərəf – həm Azərbaycan, həm də Ermənistan – dəhlizdən istifadə edə biləcək. Tom Barrak əlavə edib ki, təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə töhfə verməkdir.

Gürcü müxalifətinə görə, dəhlizin ABŞ tərəfindən icarəyə götürülməsi tranzit yüklərin artıq Gürcüstandan deyil, Ermənistandan keçməsinə səbəb olacaq. Onların fikrincə, bu dəyişiklik Tbilisini Orta Dəhlizdəki əsas mövqeyindən məhrum edəcək. BTQ-yə qarşı belə təbliğat tezislərinin Brüsseldən yönləndirildiyi hiss olunur. Çünki Gürcüstan müxalifəti xarici havadarlarının göstərişi ilə hərəkət edir.

Yada salaq ki, bu, BTQ-yə qarşı ilk kampaniya deyil. Əvvəllər də bu cür təşəbbüslər olub. Dəmir yolunun tikintisinə mane olmağa çalışan əsas qüvvə ilk gündən İrəvan idi. Rəsmi İrəvan və xüsusilə də xaricdəki hay diasporu Ermənistandan yan keçəcək dəmiryol layihəsinə qeyri-ciddi yanaşıb və onu əhəmiyyətsiz layihə kimi qiymətləndirib. 2004-cü ildə Ermənistanın o dövrdəki prezidenti Robert Köçəryan İrəvanda tələbələrlə görüşdə “Əminəm ki, bu dəmiryol xətti tikilməyəcək. Çünki iqtisadi baxımdan sərfəli deyil”, – deyə bildirmişdi.

2007-ci ilin yanvarında layihənin artıq reallaşmaqda olduğu məlum oldu. Bu zaman Köçəryan layihəyə mane ola bilməyəcəklərini qəbul etsə də, Ermənistanın BTQ-nin baş tutmaması üçün fasiləsiz çalışdığı şübhə doğurmurdu. ABŞ rəsmilərinin də layihəyə qarşı çıxması erməni diasporunun təsiri ilə bağlı idi. Robert Köçəryanın mətbuat katibi Viktor Soqomonyan bunu açıq şəkildə etiraf etmişdi: “Ermənistan və xarici ölkələrdəki erməni icmaları bu dəmiryol marşrutunun tikintisinə mane olmaq üçün bütün vasitələrə əl atdılar. Lakin təəssüf ki, layihəyə artıq bundan sonra müdaxilə etmək mümkün deyil. Layihə sırf siyasi səciyyəlidir və marşrutun inşası üçün heç bir iqtisadi əsas yoxdur.”

Bəs yaxşı, əgər BTQ-nin “heç bir iqtisadi əsası” yox idisə, ermənilər niyə dəridən-qabıqdan çıxaraq layihəyə mane olmağa çalışırdılar? İş ondadır ki, Bakı–Tbilisi–Qars dəmiryol marşrutu bölgədə həmin dönəmədək ən mühüm, alternativsiz sayılan Tbilisi–Gümrü–Qars xəttini tam əvəzləyəcəkdi. Yəni, o dönəmdə Azərbaycan, Gürcüstan və Türkiyə öz aralarında dəmiryol kommunikasiyalarını yalnız Gümrü–Qars sahəsindən keçməklə təmin edə bilərdilər. Qarabağ münaqişısi səbəbindən bu mümkün deyildi.

BTQ-yə alternativ olaraq ermənilər İran–Ermənistan dəmir yolunu ön plana çəkməyə cəhd etdilər. Hayastanın o zamankı prezidenti Serj Sarkisyan 2008-ci ilin oktyabrında bəyan etmişdi ki, İran–Ermənistan dəmir yolu “ən yaxın vaxtlarda istifadəyə veriləcək”. Amma bu, baş vermədi və baş verə də bilməzdi. Çünki bu layihənin iqtisadi baxımdan heç bir səmərəsi yox idi və sadəcə, bir xülya idi. BTQ-nin açılması Ermənistanın nəqliyyat blokadası ilə şantaj siyasətini sıradan çıxardı. 

Bəs Zəngəzur dəhlizi işə düşdükdən sonra Bakı–Tbilisi– Qars dəmir yolunun taleyi necə olacaq? Əsas üstünlük Zəngəzur dəhlizinəmi veriləcək?  Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi müasir geosiyasi və iqtisadi mənzərədə mühüm yer tutan regional layihələrdir. Hər iki layihə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin strateji maraqlarını qorumağa xidmət edir və regional nəqliyyat əlaqələrini gücləndirir. Bu layihələr bir tərəfdən iqtisadi əməkdaşlığı inkişaf etdirir, digər tərəfdən regional geosiyasi güc mübarizələrinə təsir göstərir. Ümumiyyətlə, Bakı–Tbilisi–Qars dəmir yolu Zəngəzur dəhlizinə alternativ deyil, çünki bu iki layihənin mahiyyəti, məqsədləri və fəaliyyət mexanizmləri fərqlidir. BTQ dəmir yolu fəaliyyət göstərən, Azərbaycan, Gürcüstan və Türkiyə arasında siyasi razılaşmalar əsasında reallaşmış, sabit və təhlükəsiz beynəlxalq nəqliyyat marşrutudur. Bu xətt Orta Dəhliz çərçivəsində Çin və Avropa arasında yüklərin daşınmasında mühüm rol oynayır və Ermənistan ərazisindən yan keçməklə bölgədə Azərbaycanın və Türkiyənin geosiyasi mövqeyini gücləndirir.

Zəngəzur dəhlizi isə hələ reallaşmayan layihədir. Dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə Türkiyəyə birbaşa çıxış məqsədi daşıyır. Bu layihə istifadəyə verildikdən sonra Naxçıvan iqtisadiyyatını inkişaf etdirərək Azərbaycana inteqrasiyasını təmin edəcək və regiondakı strateji balansı dəyişdirəcək. Zəngəzur dəhlizi həm də Türkiyə və Mərkəzi Asiya ölkələri ilə əlaqələri möhkəmləndirmək üçün bir vasitədir. Yükünü Zəngəzur dəhlizi ilə daşıyan dövlətlər və transmilli korporasiyalar regionun sabitliyində maraqlı olacaqlar. Azərbaycan beynəlxalq aləmdə daha nüfuzlu və güclü dəstəyi olan dövlətə çevriləcək. Deməli,  dəhliz Bakı–Tbilisi–Qars dəmir yoluna rəqib deyil, onun fərqli vəzifəsi var: Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə logistik əlaqəsini təmin etmək.

Bu amil iqtisadi və hərbi-strateji baxımdan Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Lakin Ermənistan ərazisindən keçəcəyi üçün bu dəhlizin açılması siyasi iradə və regional razılaşmalar tələb edir. Həm də dəmir və avtomobil yolu yenidən qurulmalıdır. 

İqtisadi baxımdan da bu iki layihə fərqli yönə sahibdir. BTQ artıq gəlir gətirən və beynəlxalq yükdaşımalarda istifadə olunan bir marşrutdur. Zəngəzur dəhlizi artıq reallaşma mərhələsinə yaxınlaşır və işə mdüşəcəyi təqdirdə regionda ticarət əlaqələrini və logistik imkanları xeyli artıracaq. Qeyd edək ki, hüquqi baxımdan BTQ sabit və razılaşdırılmış müqavilələrlə idarə olunur, Sirr deril ki, Zəngəzur dəhlizinin idarə edilməsi məsələsi Vaşinqtonu da maraqlandırır. Bütün hallarda BTQ xətti Zəngəzur dəhlizinə alternativ ola bilməz. Onlar fərqli coğrafi marşrutlara və fərqli məqsədlərə xidmət edir. Əksinə, bu layihələr bir-birini tamamlayan, Azərbaycanın regional rolunu gücləndirən təşəbbüslər kimi qiymətləndirilə bilər.

Beləliklə, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizinin inkişafı bölgə ölkələrinin iqtisadi və siyasi müstəqilliyini gücləndirəcək. Bu layihələr, həm də beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından regional və dünya səviyyəsində əhəmiyyətli təsir göstərə bilər. 

Pünhan ƏFƏNDİYEV 
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri