Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Qazaxıstanlı ekspert:TDT mədəni əməkdaşlıqdan iqtisadi və geosiyasi gücə doğru addımlayır

Qazaxıstanlı ekspert:TDT mədəni əməkdaşlıqdan iqtisadi və geosiyasi gücə doğru addımlayır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı əvvəlcə mədəni əməkdaşlıq platforması kimi fəaliyyətə başlayıb, sonradan isə iqtisadi sahəyə də istiqamətlənərək hazırda həm mədəni, həm də iqtisadi əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Qardaş ölkələrimizin əksəriyyəti gənc dövlətlərdir, yalnız Türkiyə qədim dövlətçilik ənənələrinə malikdir. Digər türk respublikaları isə 1990-cı illərdə müstəqillik qazanıblar. Mədəniyyət sahəsindən başlayaraq mərhələli şəkildə inkişaf edən bu dövlətlər transformasiya prosesindən keçərək Türk Dövlətləri Təşkilatının formalaşmasına zəmin yaradıblar. Hazırda isə təşkilatdaxili əməkdaşlığın əsas istiqamətlərindən biri yalnız mədəniyyət deyil, həm də iqtisadiyyatdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti, iqtisad elmləri doktoru Maqbat Spanov bildirib.

O vurğulayıb ki, türk dövlətləri böyük əhali kütləsini birləşdirir və faktiki olaraq Mərkəzi Asiya-Azərbaycan-Türkiyə zəncirini formalaşdırır. Bu isə enerji, sənaye və kənd təsərrüfatı sahələrində geniş iqtisadi kooperasiya imkanları yaradır.

“Qazaxıstan və Azərbaycan enerji resursları ilə zəngindir, Türkiyə sənaye və kənd təsərrüfatında güclü mövqeyə malikdir, Özbəkistan və Qırğızıstan isə aqrar sahədə fərqlənir. Bu əmək bölgüsü və qarşılıqlı tamamlayıcılıq prinsipi ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirir”, - deyə Spanov qeyd edib.

Ekspert qeyd edib ki, müasir dünya regional bloklar üzərində qurulub və Türk Dövlətləri Təşkilatının birliyi həm mədəni, həm də iqtisadi baxımdan strateji əhəmiyyətə malikdir. Taleyin hökmü ilə ölkələrimiz Cənub-Şərqi Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu baxımdan Orta Dəhlizin inkişafı təsadüfi deyil, Qazaxıstan və Azərbaycan bu dəhlizə ciddi sərmayələr yatırır. Azərbaycanla Ermənistan arasında imzalanmış müqavilə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir və artıq icra mərhələsinə daxil olub. Bu isə əməkdaşlığımızı daha da gücləndirəcək.

Maqbat Spanov əlavə edib ki, əməkdaşlıq yalnız nəqliyyat və logistika ilə məhdudlaşmır, ölkələr arasında əmək bölgüsünü və iqtisadi üstünlüklərin paylaşılmasını təmin edir: “Hər bir ölkənin özünəməxsus iqtisadi üstünlükləri mövcuddur və bu, gələcəyə nikbin baxmağa imkan yaradır. İqtisadi və milli güc olmadan regional təhlükəsizliyi təmin etmək çətindir. Baxmayaraq ki, dövlətlərimiz müxtəlif hərbi blokların üzvüdür: Türkiyə NATO-da, Qazaxıstan və Qırğızıstan isə KTMT-dədir. Bununla belə, ortaq mədəni birlik və iqtisadi əməkdaşlıq Mərkəzi Asiya və Cənubi Qafqazda mühüm rol oynamağa imkan verir. Bu da Türk Dövlətləri Təşkilatının artan əhəmiyyətini bir daha təsdiqləyir”.

Dünyada müşahidə olunan gərginliklərin Türk Dövlətləri Təşkilatı üzvlərindən koordinasiyalı cavablar tələb etdiyini vurğulayan ekspert əmin olduğunu bildirib ki, hərbi və təhlükəsizlik sahəsində kadrların hazırlanması, eləcə də birgə təlimlərin keçirilməsi qonşu ölkələri TDT ilə hesablaşmağa vadar edəcək.

Ekspert nəqliyyat dəhlizlərinin əhəmiyyətinə də diqqət çəkib: “Orta Dəhliz türk dövlətlərinin logistikasından istifadə edilmədən mümkün deyil. Hazırda Şimal-Cənub yeni nəqliyyat dəhlizi formalaşır və onun əsas iştirakçıları Azərbaycanla Qazaxıstandır. Bu çərçivədə ölkələrimizin rolu və əhəmiyyəti daha da artacaq. Rusiya ilə Avropa İttifaqı arasındakı uzunmüddətli qarşıdurma fonunda Rusiya bu dəhlizlərin inkişafında maraqlı olacaq və bizim ölkələr də bundan faydalana biləcək. Hazırda həm Çin, həm Qazaxıstan, həm Azərbaycan, həm də Türkiyə bu istiqamətə böyük sərmayələr yatırır. Bu isə gələcək iqtisadi inkişaf üçün nikbin perspektivlər açır”.

Spanov vahid geosiyasi xətt məsələsinə də toxunaraq bildirib ki, hazırda ortaq mövqelərin formalaşdırılması kifayətdir.

İqtisadi, milli və hərbi gücün artması fonunda türk dövlətləri Avrasiya məkanında getdikcə daha təsirli rol oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri