Qazaxıstanlı nazirdən AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq".
Oxu.Az "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.
"Mütəxəssislər çox çalışırlar. Biz artıq söyləmişdik ki, prosesə Azərbaycan Respublikasından, Rusiya Federasiyasından, Braziliyadan və Beynəlxalq Mülki Aviasiya Təşkilatından mütəxəssislər cəlb olunublar. İlkin hesabatın yaxın günlərdə rəsmi saytımızda dərc olunması planlaşdırılır. Mütəxəssislərə işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox incə, əziyyətli işdir", - deyə Marat Karabayev vurğulayıb.
Qeyd edək ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Fevral 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















