Icma.az
close
up
RU
Qazlı içkilərin nəzarətsiz istehlakı sağlamlıq problemlərinə gətirib çıxara bilər Açıqlama

Qazlı içkilərin nəzarətsiz istehlakı sağlamlıq problemlərinə gətirib çıxara bilər Açıqlama

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“The Coca-Cola Company” qida nəhənginin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” xloratların yüksək tərkibinə görə məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse”ə şirkətdən bildirilib.

“Dəqiq rəqəmlər yoxdur, lakin söhbətin əhəmiyyətli miqdarda məhsuldan getdiyi aydındır”, – “Coca-Cola Europacific Partners Belgium” nümayəndələri qeyd ediblər.

Onların məlumatına görə, tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan “Coca-Cola”, “Sprite”, “Fanta”, “Fuze Tea”, “Minute Maid”, “Nalu”, “Royal Bliss” və “Tropico” markalarının qutularda və şüşələrdə olan məhsullarına aiddir. Şirkət bildirib ki, problem Gentdə istehsal tələblərinə uyğunluq üzrə içkilərin keyfiyyətinin yoxlanılması zamanı aşkar edilib.

Agentlik qeyd edir ki, standartlara uyğun olmayan məhsulların böyük hissəsi artıq dövriyyədən çıxarılıb və ya bazarlara buraxılmayıb, qalan partiyanın geri çağırılması üzərində şirkət göstərilən ölkələrin hakimiyyət orqanları ilə işləyir.

Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) dietoloqu Karon Qrazett BBC-yə bildirib: “Biz düşünməliyik ki, atəşfəşanlıq və dezinfeksiyaedici vasitələrin istehsalında istifadə olunan kimyəvi maddələri alkoqolsuz içkilərdə qəbul etmək istəyirik ya yox, miqdarı nə qədər az olsa belə”.

Ekspert son araşdırmalara istinad edərək bildirib ki, xlorat tərkibli qidaların qəbulu ürəkbulanma, qusma, diareya və qanın oksigeni mənimsəmə qabiliyyətinin məhdudlaşmasına səbəb ola bilər.


Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, bu xəbər “Coca-Cola” kimi qlobal bir şirkətin məhsul təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər gördüyünü göstərir:


“Xloratlar kimyəvi birləşmələrdir və suda və qida məhsullarında müəyyən miqdarda ola bilər. Lakin yüksək səviyyədə xloratlar insan sağlamlığı üçün zərərli ola bilir.  

Xloratlar xlorun oksigenlə birləşməsindən yaranan kimyəvi birləşmələrdir. Onlar sənaye proseslərində, suyun dezinfeksiyasında və bəzi qida məhsullarının istehsalında istifadə olunur. Lakin yüksək miqdarda xloratlar bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır.  Xloratlar qırmızı qan hüceyrələrini məhv edərək hemolitik anemiyaya və həmçinin xloratlar orqanların funksiyalarını pozaraq uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bu hal uşaqlar üçün daha təhlükəlidir, çünki onların orqanizmi zəhərli maddələrə qarşı daha həssasdır.  

Bu məhsulların geri çağrılmasının bir neçə səbəblə şərh edə bilərik. İlk növbədə bu geri çağırış yuxarıda da qeyd etdiyimiz kimi istehlakçıların təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Xloratların miqdarı Avropa İttifaqının qida təhlükəsizliyi standartlarını aşdığı üçün məhsulların geri çağırılması zəruri olub. Yüksək xlorat səviyyəsi insan sağlamlığı üçün risk yaradır, buna görə də şirkət məsuliyyətli bir addım atıb. Belə hallarda məhsulların geri çağırılması şirkətin etibarını qoruyur və istehlakçıların inamını artırır. Ümumiyyətlə əksəriyyətlə rəngli qazlı içkilərdə yüksək miqdarda şəkər olur. Məsələn, Bir banka (330 ml) Coca-Cola təxminən 35-39 qram şəkər ehtiva edir. Bu, təxminən 9-10 çay qaşığı şəkərə bərabərdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklər üçün gündəlik maksimum şəkər qəbulunu təxminən 25 qram (6 çay qaşığı) olaraq tövsiyə edir. Yəni təkcə bir banka Coca-Cola qəbul etməklə bu limiti xeyli aşmış oluruq. Şəkərli içkilər yüksək kalorili olduğundan artıq çəki və obezitə (piylənmə) riskini artırır. Həmçinin şəkər qəbulunun artması insulin müqavimətinə və diabetin inkişafına səbəb ola bilər. Artıq şəkər qəbulu qan təzyiqini və xolesterin səviyyəsini yüksəldərək ürək xəstəlikləri riskini çoxaldır".  


Mütəxəssis əlavə edib ki, qazlı içkilərin mütəmadi istehlakı qan-damar və sümük sağlamlığı ilə bağlı riskləri artırır:

" Araşdırmalar göstərir ki, bu cür içkiləri daim qəbul edən şəxslərdə ürək xəstəlikləri riski həmin içkiləri nadir hallarda istifadə edən insanlara nisbətən təxminən daha yüksəkdir. Bundan əlavə, qazlı içkilərin tərkibində fosfatın yüksək miqdarda olması sümük sağlamlığı üçün mənfi təsir göstərir. Fosfatın normadan artıq qəbulu bədəndə kalsium balansını pozaraq sümüklərin zəifləməsinə səbəb ola bilər. Bu cür içkilərdə adətən kalsium kimi vacib mineralların olmaması və yüksək fosfat tərkibi sümük inkişafı üçün zərərli təsir edir. Xüsusilə gənclərin bu içkiləri həddindən artıq qəbul etməsi sümük problemlərinin yaranmasına səbəb ola bilər. Orqanizmdə fosfat və kalsium arasında balansın qorunması sağlam sümüklər üçün mühüm əhəmiyyət daşıdığından, qazlı içkilərin nəzarətsiz istehlakı bu balansın pozulmasına və uzunmüddətli sağlamlıq problemlərinə gətirib çıxara bilər. Rəngli qazlı içkilərdə kofein də mövcuddur. Kofein mərkəzi sinir sistemini stimullaşdırır, həddindən artıq qəbulu yuxusuzluq yaradır. Həssas insanlarda kofein ürək döyüntüsünə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Həmçinin kofeinə qarşı fizioloji asılılıq yarana bilər ki, bu da kofeinsizlik zamanı baş ağrısı və yorğunluq kimi simptomlara səbəb olur. 

Nəticə olaraq, istehlakçılar məhsul seçimində diqqətli olmalı, qazlı içkilərin qəbulunu məhdudlaşdırmalıdırlar. Sağlam qida seçimləri və təbii məhsulların istifadəsi orqanizm üçün daha faydalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri