Icma.az
close
up
RU
QDİƏT ə üzv ölkələrin elmlər akademiyaları prezidentlərinin toplantısında AMEA nın 80 illiyi qeyd edilib

QDİƏT ə üzv ölkələrin elmlər akademiyaları prezidentlərinin toplantısında AMEA nın 80 illiyi qeyd edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 iyun, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT) tərəfindən təşkil olunan və QDİƏT-ə üzv ölkələrin elmlər akademiyaları prezidentlərinin ikinci toplantısında iştirak edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

İstanbul Universitetinin rektorluq binasında keçirilən görüşdə üzv ölkələrdən Türkiyə, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya və Ukraynadan Elmlər akademiyalarının prezidentləri, vitse-prezidentləri, akademikləri və nümayəndələri iştirak ediblər.

“Qara dəniz bölgəsində elm və təhsilin əməkdaşlığı və inkişafı” mövzusunda tədbir QDİƏT-ə üzv ölkələrin elmi qurumları və universitetləri arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək və təkcə Qara dəniz regionunu deyil, bütün dünyaya təsir edən müxtəlif çağırışların ümumi həlli yollarını təklif etmək məqsədilə həyata keçirilib.

Tədbirdə İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar və QDİƏT PA-nın Baş katibi akademik Asəf Hacıyev açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda beynəlxalq təşkilata üzv ölkələrin akademik qurumları arasında elmi əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Avrasiya coğrafiyasının problemləri və elmlər akademiyalarının vəzifələri” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə bölgə akademiyalarının iştirakının təmin edilməsinin, ortaq müzakirələrin aparılmasının bir sıra elmi istiqamətlər üzrə yeni tədqiqatlara yol açacağını vurğulayan akademik İsa Həbibbəyli toplantının akademiyalar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyinə töhfə verəcəyinə əminliyini bildirib. O, AMEA ilə Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya və başqa ölkələrin elmlər akademiyaları arasında yaradılmış əməkdaşlığın müxtəlif elmi istiqamətlər üzrə birgə tədqiqatlarla uğurla davam etdirildiyini diqqətə çatdırıb. AMEA-nın ortaq elmi layihələrə böyük əhəmiyyət verdiyini, belə görüşlərin əməkdaşlığın genişləndirilməsi və əlaqələrin yeni mərhələyə çatdırılması baxımından dəyərli olduğunu vurğulayan akademik İsa Həbibbəyli həmin sahədə qarşıda duran vəzifələrdən danışıb və təkliflərini bildirib. Həmçinin o, beynəlxalq təşkilata üzv ölkələri humanitar və ictimai elmər, o cümlədən seysmologiya sahələrində süni intellekt, rəqəmsal məsələlər kimi istiqamətlər üzrə ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanaraq birlikdə fəaliyyət göstərməyə dəvət edib.

Gürcüstan Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli, Bolqarıstan EA-nın sabiq prezidenti akademik Yulian Revalski, Yunanıstan Afina Akademiyasının üzvü, professor Antoniya Trixopulu, Moldova EA-nın sabiq prezidenti akademik Georgi Duka, Rumıniya EA-nın vitse-prezidenti akademik Nikolas-Viktor Zamfir, Türkiyə EA-nın prezidenti akademik Müzəffər Şəkər, Ukrayna MEA-nın vitse-prezidenti professor Sergiy Pirojkov, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Qara Dəniz Universitetləri şəbəkəsinin baş katibi professor Eden Mamut, İstanbul Universiteti rektorunun müşaviri professor Fahri Ovalı və başqaları birgə əməkdaşlıq imkanlarının yaradılmasından danışaraq mövzu üzrə fikir və təkliflərini səsləndiriblər.

Tədbirin AMEA-nın 80 illiyinə hərs olunmuş hissəsində akademik Asəf Hacıyev AMEA-nın şərəfli tarixi yoluna həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda Akademiyanın 80 illik fəaliyyətinə qısa ekskurs edilib.

İstanbul Universitetinin rektoru akademik Osman Bülent Zülfikar, Moldova EA-nın sabiq prezidenti akademik Georgi Duka, eləcə də digər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elmlər akademiyalarının prezidentləri və nümayəndə heyətləri AMEA-nın 80 illiyi ilə əlaqədar təbriklərini çatdırıblar.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun elmi tədqiqat istiqamətləri barədə danışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayan akademik İsa Həbibbəyli AMEA-nı təbrik edən xarici ölkələrin elmlər akademiyalarının və beynəlxalq elmi qurumların rəhbərlərinə təşəkkürünü bildirib.

Tədbirin yekununda QDİƏT-ə üzv ölkələrin elmlər akademiyalarının rəhbərləri tərəfindən birgə bəyannamə imzalanıb. Sənəddə Qara dəniz regionunda elm və təhsil üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi bir daha təsdiqlənərək birgə tədqiqatları təşviq etmək, yeni texnologiyaların inteqrasiyasını dəstəkləmək və gənc alimlər üçün imkanların artırılmasının əhəmiyyəti vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri