“Qəbələ” akademiyasında məhdudiyyət hansı formada olacaq? AÇIQLAMA
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, “Qəbələ” Futbol Akademiyasının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Buna səbəb maliyyə problemləridir.
Klubun idman direktoru Səbuhi Səfiyarlı məsələ ilə bağlı “FutbolPress“in suallarını cavablandırdı:
– Səbuhi bəy, məhdudiyyət hansı formada tətbiq ediləcək?
– Akademiya olaraq fəaliyyətimizi dayandırırıq. Yəni, əvvəl qalmağa yer, qida və s. təmin olunurdu, ancaq indi maliyyə çatışmazlığına görə bunu dayandırmaq qərarına gəldik.
– Aşağı yaş qruplarından ibarət komandaların taleyi necə olacaq?
– Lisenziyalaşdırmanın tələblərinə uyğun olaraq, komandalar fəaliyyətini davam etdirəcək. Ancaq kənardan futbolçu gəlməyəcək. Yerli uşaqlarla işimizə davam edəcəyik. Komandaların heç biri ləğv edilməyəcək.
– Məhdudiyyət hansı müddəti əhatə edəcək?
– Bilinmir. İndiki büdcəmiz akademiyanı saxlamağa imkan vermir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















