Icma.az
close
up
RU
Qəbələ görüşü Türk Dövlətləri Təşkilatının siyasi nüfuzunun gücləndirilməsi yönündə mühüm yol xəritəsi müəyyənləşdirdi

Qəbələ görüşü Türk Dövlətləri Təşkilatının siyasi nüfuzunun gücləndirilməsi yönündə mühüm yol xəritəsi müəyyənləşdirdi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan dövlətinin xarici siyasətində türk dövlətləri ilə hərtərəfli əlaqələr müstəsna əhəmiyyət daşıyır. Bu xüsusda 2009-cu il 3 oktyabr tarixli Naxçıvan bəyannaməsi ilə əsası qoyulan Türk Dövlətləri Təskilatının (TDT) həm siyasi, həm də iqtisadi, hərbi, humanitar sahələrdə ikitərəfli, çoxtərəfli əməkdaşlıqların dərinləşdirilməsindəki rolu böyükdür. Mədəni və humanitar dəyərlər üzərində qurulan TDT bu gün artıq siyasi gücə, iqtisadi nüfuza malik beynəlxalq təskilat missiyasını yerinə yetirməkdədir. Prezident İlham Əliyev dediyi “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirlərlə bu təşkilatın Azərbaycan üçün necə böyük əhəmiyyətə malik olduğu faktını ortaya qoyub. Türk Dövlətləri Təşkilatının ötən illər ərzində keçirilən zirvə görüşləri təşkilatın vahid fəalliyyət istiqamətlərini müəyyən etməklə yanaşı, həm də çoxtərəfli faydalı əməkdaşlıq üçün yeni perspektivlər açıb. Bu baxımdan cari il oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də olduqca mühüm məsələlərin müzakirəsi və təşkilatın gələcəkdə nüfuzunun gücləndirilməsi üçün vacib addımların atılması ilə yadda qaldı.

Zirvə görüşü Azərbaycanın qədim tarixə malik Qəbələ şəhərində keçirilməsi və “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması ilə siyasi ağırlığını, əhəmiyyətini ortaya qoydu. Sülh və təhlükəsizlik mövzusunun gündəmə gətirilməsi bir daha sübut edir ki, TDT artıq öz fəaliyyət prinsiplərini mədəni və humanitar səviyyədən daha üst mərhələyə-siyasi, hərbi güc müstəvisinə daşıya bilib. Dünyada cərəyan edən mürəkkəb geosiyasi vəziyyətlə səsləşən məsələ ətrafında fikir mübadiləsinin aparılması isə Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı yeni sülh mühiti fonunda türk həmrəyliyini ortaya qoyaraq TDT-nin nüfuzunu daha artırmaq yolu ilə regionda davamlı sabitliyi hədəflədiyini göstərir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı təşkilatın maraq dairəsində olan bütün incə məqamlara xüsusi toxundu, sülh və təhlükəsizliyi hər bir ölkənin inkişafı üçün əsas amil kimi dəyərləndirdi, bu xüsusda TDT-nin vahid güc mərkəzi kimi çıxış etməsinin vacib olduğunu vurğuladı: “Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bu günkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.

Azərbaycan bu gün regional və beynəlxalq sülhə, əməkdaşlığa geniş imkanlar açan ölkə modeli formalaşdırıb. Respublikamız Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar mərhələsində mövcud təşəbbüslərini daha da faydalı, nəticəyönümlü müstəviyə daşıya bilib, yeni ideyalarla üzərində etibarlı gələcək naminə çalışır. Azərbaycan bilavasitə iştirakı, müasir nəqliyyat infrastrukturu ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rentabelliyinin artırılmasına nail olub. Bu xüsusda respublikamızın böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn və Orta dəhlizin əvəzolunmaz hissəsi sayılan Bakı-Tibilisi-Qars dəmir yolunun da rolu mühümdür. Ötən il aparılan infrastruktur quruculuğu sayəsində BTQ-nin illik yükdaşıma qabiliyyəti 5 milyon tona yüksəldilib. Ümumilikdə, son illərdə böyük maraq kəsişməsi sayəsində Orta dəhliz üzrə ilbəil daşınmalar əhəmiyyətli dərəcədə artıb. Müqayisə üçün bildirək ki, əgər 2021-ci ildə daşınan yüklərin həcmi 560 min ton idisə, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatıb. Bu il üçün proqnoz 4,9 milyon tondur, 2029-cu ilə qədər isə yükdaşımaların 10 milyon tona çatacağı gözlənilir. Dünya Bankının proqnozuna əsasən 2030-cu ilə qədər Orta Dəhlizlə yükdaşımaların həcmi 3 dəfə artacaq. Bu mühüm layihədə birləşdirici funksiya daşıyan, başqa sözlə, Asiya-Avropa ticarət əlaqələrinə körpü salan Azərbaycan həm özü üçün, həm də Türk dünyasının birliyi naminə Orta Dəhlizin iqtisadi, ticari əhəmiyyətini xeyli artırmaq üçün qətiyyətli addımlar artmaqdadır.

Azərbaycan Vətən müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıqlar və bu il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar əsasında Zəngəzur dəhlizinin açılmasına nail olmaqla türk dünyasının birliyi, əməkdaşlığı üçün yeni imkanlar açır. Bu yol Naxçıvanı ölkəmizin digər ərazisi ilə bağlantısını təmin etməklə yanaşı, həm də Orta dəhlizin ikinci bir marşrut xətti kimi daşınmalarda kəmiyyət və keyfiyyət amilinə müsbət təsir göstərəcək. Bununla da region, o cümlədən də TDT üzvü respublikaların həm nəqliyyat infrastrukturu yenilənəcək, həm də turizm potensialı güclənəcək ki, bu da son nəticədə ümumi iqtisadi inkişafa təkan verəcək. Prezident İlham Əliyev Qəbələ Zirvəsində bu məsələyə diqqəti çəkdi, Zəngəzur dəhlizinin yeni nəqliyyat arteriyası kimi mühüm olduğunu vurğuladı: “Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”.

Qəbələ zirvəsinin müzakirə predmetinə uyğun üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təhlükəsizliyi məsələsi də diqqətə çəkildi. Prezident İlham Əliyev bu xüsusda addımların atılmasının vacibliyini önə çəkdi, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bundan başqa görüş çərçivəsində liderlərin onlayn formatda Türkmənistan tərəfindən tikiləcək Füzuli məscidinin təməlinin qoyulması türk dünyasının Azərbaycanın Böyük qayıdış siyasətinə növbəti dəstəyinin əyani göstəricisinə çevrildi. Ümumilikdə müzakirə olunan bütün məsələlərin və imzalanan bəyannamənin timsalında Qəbələ zirvəsi Azərbaycanın TDT-nin nüfuzunun gücləndirilməsi yolunda növbəti mütərəqqi addımı kimi yadda qaldı, hazırki mürəkkəb geosiyasi vəziyyətdə ikitərəfli və çoxtərəfli faydalı əməkdaşlıq platformasının yeni fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsində mühüm yol xəritəsi formalaşdırdı.

Bəhruz Məmmədov

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, 

Naxçıvan Dövlət Universitetinin dosenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see287

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see181

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see173

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see140

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see137

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see137

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see135

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see131

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri