Icma.az
close
up
RU
“Qəbələ” ilə daha iki oyunumuz olacaq” “Karvan” çempionluq arzusunu “dəfn etməyib”

“Qəbələ” ilə daha iki oyunumuz olacaq” “Karvan” çempionluq arzusunu “dəfn etməyib”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mövsümə uğurlu başlayan, daha doğrusu, ilk 6 turda qələbə qazanan “Karvan” son üç matçda ancaq xal itirib. Yevlax təmsilçisi “Cəbrayıl”la (1:2) “Qəbələ”yə uduzubsa (0:1), “Zaqatala” (2:2) ilə heç-heçə edib.

Təbii ki, sonuncu uğursuzluğu aparıcı futbolçulardan Müşfiq və Bəhruz Teymurovların cəzalı olmasıyla əlaqələndirə bilərik. Bəs “sülh”ü başqa səbəblərlə əlaqələndirmək mümkündümü?
Bu suallarla “Karvan”ın baş məşqçisi Kənan Kərimova müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:

“Bəli, Bəhruzla Müşfiqin cəzalı olması komandanın ümumi performansına mənfi təsir etdi. Bilindiyi kimi, Bəhruz bombardirimiz, Müşfiq kapitanımızdı. Belə vacib oyunçuların meydanda olmaması bizim üçün ağır itkidi. Onların yerini doldurmaq asan iş deyil. Qış fasiləsinə qədər maksimum xal toplamağa çalışacağıq. Qalan üç oyunun hamısında qələbə qazanmaq istəyirik. Transfer dönəmində isə yeni futbolçularla güclənəcəyik. Bilirik ki, cəzalılar meydana qayıdandan sonra formasını bərpa etmək üçün zaman lazım olacaq. Vaxt itirməməliyik”.


Kənan bəy “Zaqatala”ya qarşı keçirilən 9-cu tur matçının 90+4-cü dəqiqəsində qapılarına təyin edilən və qələbənin əldən çıxmasına səbəb olan penalti haqda bunları dedi:

“Düzü, qərardan narazı deyiləm. Amma penalti verilməyə də bilərdi”.


Mütəxəssis klub rəhbərliyi tərəfindən qarşısına qoyulan məqsədi də açıqladı:

“Hədəfimiz mövsümü ilk “üçlük”də bitirməkdi. Qarşımıza konkret çempion olmaq tələbi qoyulmayıb. Lakin şansımız varsa, bunu bacarmaq istəyirik. Əlimizdən gələni etməyə hazırıq. Çempionat uzundu. Qarşıda xeyli tur var. “Qəbələ” ilə daha iki oyunumuz olacaq. Xal itirməməliyik ki, mübarizədən qopmayaq”.


Qeyd edək ki, “Karvan” bu gün evdə “Mingəçevir”i qəbul edəcək. Bu oyun saat 14.00-da başlayacaq.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri