“Qəbələ” kimi komanda ilə matçda bu cür səhvlər buraxmaq olmaz”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İmişli” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Oyundan razı qalmadım. Rəqibi təhlil etmişdik, sürətli hücumlar etdiklərini bilirdik. Səhvlərimiz çox olduğu üçün məğlub olduq. “Qəbələ” kimi komanda ilə matçda bu cür səhvlər buraxmaq olmaz. Mövqeyimizi çətinləşdirdik. Buradan xalla ayrılmalı idik.
– Komanda 7 oyundur, qələbə qazana bilmir. Səbəb nədir?
– Qələbə qazana bilməsək də, böyük rəqiblərlə matçlarda xal almışıq. Hər oyunun fərqli səbəbləri var. Heyətimiz geniş olmadığı üçün çətinliklər olur. Hər matç bizim üçün önəmlidir. Xallar toplamaq lazımdır.
– İki əsas oyunçunuz – Ezekiel Morqan və Yau Mozesin olmaması nəticəyə nə qədər təsir etdi?
– İki vacib futbolçunun olmaması özünü göstərir. Yarımmüdafiədə boşluqlar var idi. İstədiyimiz dərin ötürmələri edə bilmirdik. Əlimizdə olan heyətlə bacardığımızı etdik. Cəzalar da futbolun bir hissəsidir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 30 Avqust 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















