Qəbələdə “GabalaFest” başlayıb FOTOLENT
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Qəbələdə ilk dəfə "GabalaFest" işə başlayıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, musiqini, incəsənəti, mədəniyyəti və yaradıcılığı bir araya gətirən festival çərçivəsində konsertlər, beynəlxalq sərgilər, kitab yarmarkası, sənət və əl işləri nümayişləri, ustad dərsləri, interaktiv proqramlar, qastronomiya məkanları və müxtəlif mədəni layihələr təşkil olunacaq.
Festival çərçivəsində ziyarətçilər “Mədəniyyətlərin Qovşağı” adlı beynəlxalq incəsənət sərgisini də ziyarət edə biləcəklər.
Festival proqramının mühüm hissələrindən biri də TEAS Press, 3 Alma və Libraff-ın iştirakı ilə təşkil olunacaq Kitab Sərgisi olacaq. Burada müxtəlif nəşrlər təqdim ediləcək, ziyarətçilər Azərbaycan və dünya ədəbiyyatının seçilmiş nümunələri ilə tanış olmaq, kitablar əldə etmək və festivalın ədəbi proqramında iştirak etmək imkanı qazanacaqlar.
“GabalaFest” “Gilan”ın dəstəyi ilə keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 İyul 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















