Qəbələdə III MDB Oyunlarına hazırlıq məqsədi ilə stend atıcılığı üzrə turnir keçirilib
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Qəbələ atıcılıq klubunda III MDB Oyunlarına hazırlıq məqsədi ilə stend atıcılığı üzrə turnir keçirilib.
"Report" xəbər verir ki, yarış III MDB Oyunlarının təşkilat komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təşkil olunub.
Turnirdə Azərbaycan millisinin tərkibində olan 24 idmançı iştirak edib. Atıcılar dairəvi stend, səngər stendi və solo hərəkəti növləri üzrə mübarizə aparıblar.
Yarışın sonunda qalib idmançılar diplomlarla təltif ediliblər.
Qeyd edək ki, Stend atıcılığı üzrə yarışlar 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Qəbələ atıcılıq klubunda keçiriləcək.

III MDB Oyunlarına hazırlıq
28 May 2025 18:05
Qəbələdə III MDB Oyunlarına test xarakteri daşıyan futbol matçı keçirilib
20 Sentyabr 2025 15:14
III MDB Oyunlarına hazırlıq hansı səviyyədədir?
07 May 2025 13:06
Gəncədə keçiriləcək III MDB Oyunlarına hazırlıq gedir
15 Avqust 2025 09:55

