Icma.az
close
up
RU
Qəbələm, qəbiləm, qibləm

Qəbələm, qəbiləm, qibləm

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaxtilə ustad şairimiz Məmməd İsmayıl Qəbələ haqqında şeirində “ Qəbələm, Qəbiləm ” yazırdı. Bu ulu mənanı “ qiblə ” kimi də xarakterizə etsək, zənnimcə yanılmarıq.

Qədim tarixi, zəngin təbiəti ilə hər kəsi heyran edən cənnətməkan Qəbələnin insanları da gözəldir.

Bu yazımı Qəbələyə həsr elədiyim şeirimin bir bəndi ilə davam edirəm.

Anam Azərbaycanın gözəl olur hər ayı,
Vardır Ulu yurdumun, dağı, dənizi, çayı.
Şah dağı Qəbələyə, sığal çəkir il boyu,
Bazaryurd, Güllüburun, Tufandağ Tanrı payı .

Bildiyimiz kimi Qəbələnin tarixi çox qədimdir.

Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq əvvəlcə ölkənin iqtisadi və mədəni həyatında, daha sonra isə həm də siyasi həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşib. I əsr müəllifi Böyük Pilininin “Təbii tarix” əsərində “Kabalaka”, II əsr müəllifi Klavdi Ptolemeyin "Coğrafiya dərsliyi” əsərində "Xabala” kimi adı çəkilən Qəbələnin adı orta əsr mənbələrində də tez-tez xatırlanıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, Qəbələ Beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin yazılarında da Qəbələnin qədim tarixi.haqqında geniş materiallara rast gəlinir.

Bu gün də 70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında yerləşdiyini görmək olur. Xatırladaq ki, qədim şəhər yeri Qala, Səlbir və Güllütala adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçayla Qoçalan çayları arasında Antik Qəbələ adı ilə tanınan Güllütala ərazisində görkəmli Azərbaycan arxeoloqu professor İ.A.Babayevin rəhbərliyi ilə aparılmış uzunmüddətli tədqiqatlar nəticəsində e. ə. IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir adlanan hissəsində I-X əsrlərə, Qala ərazisində I-XVII əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Güllütala adlanan antik şəhər yerində həyat kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. X əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib.

Artıq yüz ildir ,yəni 1926-cı ildən başlayaraq Qəbələdə davamlı olaraq arxeoloji tədqiqatlar aparılır. 2009-cu ildən etibarən Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreya alimləri də Qəbələ tarixinin arxeoloji cəhətdən araşdırılmasında bilavasitə iştirak edirlər. Çoxillik və genişmiqyaslı tədqiqatlar nəticəsində qədim paytaxt şəhərinin tarixinin bir sıra çox mühüm istiqamətlərinə dair, o cümlədən Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən etibarən şəhər kimi mövcudluğunu təsdiqləyən zəngin tapıntılar əldə olunub. Bu tapıntılar Azərbaycanın qədim dövlətçilik tarixinin və şəhər mədəniyyəti ənənələrinin dərindən və hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Sonuncu dəfə Qəbələdə ötən ilin sonlarında, üç dost- yazıçı dostum Akif Cabbarlı, DTX-nın ehtiyatda olan polkovniki, həmkarım Hamlet İsmayılovla birgə olmuşduq.Hamlet müəllimin iki kitabının təqdimat mərasimini bu bölgənin yazarlarının iştirakı ilə keçirmişdik.

Düzü Qəbələyə budəfəki səfərimizin səbəbkarı dostum Akif İsmayıloğlunun 75 illiyinin davamını Qəbələdə keçirmək oldu.Akif müəllimin yubileyinin davamını Qəbələdə keçirmək qərarına qələm dostları və Qəbələnin Bakıda yaşayan say-seçmə kişilərilə birlikdə " Iəvəngi " restoranında qeyd elədikdən sonra  gəldik .

Azərbaycanın İsveçrəsi sayılan ,Qafqaz sıra dağlarının ətəyində yerləşən Qəbələ bu gün ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsi və ölkə əhəmiyyətli rəsmi dövlət tədbirlərinin burada ucalan Konqres sarayında keçirilməsi çox ürəkaçandır.

Bu ecazkar diyar haqqında ən gözəl ifadələr işlətsəm yenə azdır. Bu il Müstəqillik günümüzü Qəbələnin tanınmış ziyalıları ilə keçirdim.

İlk görüşüm əziz dostum Əjdər Rövşən oğlu Şəfizadə ilə oldu.Sonra məni Qəbələyə dəvət edən həmkarım Akif Cabbarlı rayonun 6-7 ağsaqqalı ilə çay süfrəsi arxasında tanış elədi.

Uzun müddət Qəbələ rayonunda partiya, sovet orqanlarında məsul vəzifələrdə çalışmış Səməd Səmədov, Əməkdar müəllim, özəl diyarşünaslıq muzeyinin yaradıcısı və direktoru Fərman Əzizli eləcə də Qəbələdə digər məsul vəzifələrdə çalışmış Qərib Qəribov, Sədiyar Səfərəliyev, Tofiq Allahverdiyev, Mirhəsən Ağayev, Elxan Səmədov və Akif Cabbarlının qohumu Hüseyn Əhmədovla rayonun ziyalıları haqqında xeyli söhbət elədik.Onların ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadıqlarından danışdıq.Musa Məmmədov, Kamil Məmmədov ,Ələskər Cabbarov ,Ağa Əliquliyev,Əhməd və Fazil Əhədovlar, Rafiq Ələkbərov,Qəbələ Xanlar, Ağalar İbrahimov, Abid Tahirli, Nəriman Cavadov ,Dağlar Səfərov, Nadir və Fərhad Mehdiyevlər haqqında maraqlı söhbətlər oldu.
Qəbələdə olduğum üç gün ərzində bir neçə kəndində dostlarımızın xeyir-şər məclislərində də olduq.

Dostum Akif Cabbarlının ömür-gün yoldaşı Mehparə xanımın dəmlədiyi Qəbələ aşından yedik, bir-birindən ləziz yeməklərdən də daddıq.Kürəkənləri Şuşalı balası Zaur İmanxanoğlunun qaynatdığı samovar çayından şair Mirhəsənlə birlikdə içdik.

Səfərimizin sonuncu günü Qəbələdə və Bakıda yaşayan qəbələli dostlarım -Nəriman Cavadov, Tofiq Cəlilov, Fəxrəddin Babayev ,Sədiyar Məmmədov, Mirzəcan Abbasov, Mirhəsən Ağayev və istedadlı qələm sahibi şair Cəlil Xeyirbəy ilə Zarağanda, gözəl bir məkanda çörək kəsdik. Maraqlı söhbətlər etdik.Təbiətin özünəməxsus şıltaqlığının şahidi olduq. Bir neçə dəqiqənin içində tufanın baş verməsini ,şimşək çaxıb dolu düşməsini və nəhayət leysan yağmasını da gördük. Amma, alim qardaşım Nəriman müəllimin elmi söhbətlərini, şair dostum Cəlili Xeyirbəy gözəl şeirlərini dinləmək heç birimizi yormadı.İşığın sönməsi də şirin söhbətimizə mane ola bilmədi.Lampa işığında xeyli maraqlı söhbətlər etdik.

Qəbələyə gələni qarşılayır Vəndamı,
Mucuqla Yeddi gözəl sehrə salır adamı.
Həmzəli, Bum, Qəmərvan Qəbələni tanıdır,
İsmayıl bəy Poladla millətimin şanıdır !

Səfərimizin sonuncu günü Bakıya dönməzdən əvvəl dostlarımdan Qəbələ şəhərinin dağətəyi ərazisini piyada gəzmək istədiyimi bildirdim və xeyli gəzdik də.Etiraf edim ki, bəli, Qəbələ inkişaf edib. Amma, gördüyüm bir mənzərə heç ürəyimcə olmadı.
İki generalın adını daşıyan bir küçədə vurulan lövhələrdə “general” sözü ilə rastlaşmamağım məni çox üzdü. Rus ordusunda Polşaya qədər gedib çıxan general İsmayıl bəy Qutqaşınlının və Milli Qəhrəman general Polad Həşimovun ruhlarından utandım.Qəbələnin mərkəzi küçələrinin birində ucalan general İsmayıl bəy Qutqaşınlının büstü önündə yazılan sadəcə İ.B.Qutqaşınlı sözü məni çox kədərləndirdi.

Nə yaxşı ki hələ belə kişilər var.
Beləliklə,
Qədim Çuxur Qəbələ sirdaşdır Alazana,
Yazda Dəmiraparan səsin salır hər yana
Qoçalançay, Türyançay dağların göz yaşıdır.
Gövurla Səlbirqala tarixin yaddaşıdır.

P.S. Yazıda nəinki Qəbələnin, bütövlükdə Azərbaycanımızın fəxri olan iki döyüş generalının adlarının bu cür laqeyidcəsinə küçə lövhələrində görünməsi ilə bağlı iradımın istiqanlıqla qarşılanacağı və bu lövhələrin yenidən, yüksək səviyyədə işıq üzü görməsi ümidindəyəm. Zənnimcə Qəbələnin müvafiq təşkilatları məni düzgün başa düşəcəklər. Qoy qəbələlilər də, bura gələn xarici turistlər də Azərbaycanın fəxri olan generallar barədə Azərbaycan və ingilis dillərində yazılan məlumatları təfərrüatı ilə öyrənə bilsinlər. Bu, zamanın tələbi və əsl vətəndaşlıq borcudur.

Mübariz Süleymanlı,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və AYB-nin üzvü, Beynəlxalq mükafatlar laureatı, şair-publisist.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri