Icma.az
close
up
RU
Qəbələnin hotel və mehmanxanaları 7 ayda 28 mindən çox əcnəbi turistə xidmət göstərib

Qəbələnin hotel və mehmanxanaları 7 ayda 28 mindən çox əcnəbi turistə xidmət göstərib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəbələ, 13 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 53 min 392 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 25 min 305 nəfəri və ya 47,4 faizi Azərbaycan, 28 min 87 nəfəri və ya 52,6 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-iyul aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 4080 nəfər və ya 19,2 faiz artım, əcnəbi turistlərin sayında isə 9559 nəfər və ya 25,4 faiz azalma qeydə alınıb.

Cari ilin yanvar-iyul aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, yeddi ayda bu ölkənin 11 min 664 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-iyul aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 5500, Birləşmiş Ərəb Əmirliklərindən 3060, Pakistandan 1849, İsraildən 891, Qətərdən 767, Küveytdən 729, Rusiya Federasiyasından 615, Omandan 263, Türkiyədən 176, ABŞ-dan 160, Böyük Britaniyadan 143 turist səfər edib. Gələnlərin 2270 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Yeddi ayda Qəbələ rayonu ərazisində yerləşən 21 mehmanxana və mehmanxana tipli müəssisədən 18-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 124,7 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Bu müddətdə turizm obyektlərində 1034 işçi çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri