Icma.az
close
up
RU
“Qəbələ”nin legioneri: “Bu qələbəyə çox ehtiyacımız var idi”

“Qəbələ”nin legioneri: “Bu qələbəyə çox ehtiyacımız var idi”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qəbələ” Premyer Liqanın XIII turunda “Araz-Naxçıvan”ı məğlub edib – 2:1. “Qırmızı-qaralar” bununla çempionatda ikinci qələbəsini qazanıb.

Komandanın qələbə qolunu vuran Adriel Ba Loua “Futbolpress.az“a açıqlamasında matçı şərh etdi:

“Oyundan bir gün əvvəl klubun prezidenti ilə çox yaxşı görüşümüz oldu. Belə çətin anlarda dəstək görmək gözəl hissdir. İkinci qələbəmiz oldu, amma daha çoxunu qazana bilərdik. Yaxşı oynayırıq, amma kiçik, fərdi səhvlərdən uduzuruq. “Araz-Naxçıvan”la matçda cəsarətli və qətiyyətli oynadıq. Bu matçda bizə gələcək üçün lazım olan bütün elementlər var idi”.

Vinger qələbə qolunu vurmasıyla bağlı bunu söylədi:

“Vacib olan komandanın yaxşı nəticələr qazanmasıdır. Kimin qol vurmasının önəmi yoxdur. Bu qələbəyə çox ehtiyacımız var idi. İndi daha ümidli və inamlıyıq. Qolumla kömək etdimsə, nə xoş mənə”.

Afrikalı futbolçu komandanın nəticələrini dəyərləndirdi:

“Meydanda maksimumu etməyə çalışırıq. Çox matçda yaxşı oynasaq da, uduzmuşuq. Bəzən bəxtsizlik də olur. Lakin ümidsizliyə qapılmırıq. “Araz-Naxçıvan”la oyunda nələrə qadir olduğumu göstərdik. İndi isə davam etməliyik”.

Daha əvvəl Fransada “Lill”, “Kan”, Polşada “Lex”, Çexiyada “Karvina”, “Viktoriya” kimi klublarda çıxış edən Ba Loua Azərbaycan çempionatı haqda təəssüratlarını da bölüşdü:

“Premyer Liqada yaxşı oyunçular, yaxşı komandalar var. Kənardan nələrsə asan görünə bilər, amma içində olanda fərqli mənzərə yaranır. Liqaları fərqləndirməyi xoşlamıram. Çünki hər çempionatın özünəməxsusluğu var. Futboldur və hər kəsin bir istəyi var, o da qələbə. Futbolda fərqli təcrübələr yaşamaq gözəldir. “Qəbələ”də oynamaqdan zövq alıram”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 Dekabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri